14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Rəşad Sadıqovdan qələbə şərhi

"Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. İlk hissədə rəqib çoxlu pressinq tətbiq edirdi. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu. İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turunun “Kəpəz”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Salifu Sumanı əvəzləməsinə belə aydınlıq gətirib: “Bu, sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, provakasiyaya gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31