27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

“Səbail” iki seçim arasında: “Sivasspor”, yoxsa..?

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, Şahin Diniyevin komandası hazırlıq prosesi çərçivəsində üçüncü görüşünü iyulun 17-də keçirəcək. Lakin hələlik rəqibin adı məlum deyil. Daha doğrusu, “Səbail” iki variant arasında seçim edir. Təmsilçimiz həmin günü ya “Sivasspor”la üz-üzə gələcək, ya da ilk matçda qarşılaşdığı “Ərzurumspor”la.

Xatırladaq ki, ilk oyununda “Ərzurumspor”a 2:3 hesabı ilə uduzan “Səbail” ikinci matçda Superliqa təmsilçisi “Hatayspor”la heç-heçə edib - 1:1.

Əlavə edək ki, komanda iyulun 18-də Bakıya qayıdacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31