30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, memoranduma əsasən, şəhid övladlarına diqqət və qayğının göstərilməsi və artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət əməkdaşlığın əsas məqsədi kimi müəyyən edilib.

Tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər. Peşəkar Futbol Liqası bu anlaşmaya əsasən öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydançaya çıxmasının, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onların arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.

Memorandumu Peşəkar Futbol Liqasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31