Ölkə futbolu
Diniyev Antalya toplanışını dəyərləndirdi: “Oyunumuzda irəliləyiş var”
“Səbail”in baş məşqçisi Şahin Diniyevin Futbolxeber.az saytına müsahibəsi
- Komandanız Antalyada hazırlığını başa vurdu, artıq sabah vətənə qayıdacaqsız. Ümumi olaraq təlim-məşq toplanışını necə dəyərləndirirsiz?
- Təlim-məşq toplanışı çox yaxşı keçdi. Futbolçuların işə yanaşması olduqca mühümdür. Əsas məsələ funksional hazırlığın yüksəlməsi idi. Bu tapşırığı futbolçularım canla-başla yerinə yetirdilər.
- Çempionatın startına 5 gün qalmış “Səbail” mövsümün ikinci yarısına nə dərəcə hazırdır?
- Hər iki yoxlama oyununda komandadan istədiyim aldım. Premyer Liqaya qədər hazır olacağıq, ya yox, bu suala cavab vermək bir qədər çətindir. Bununla belə, düşünürəm ki, birinci və ikinci dövrədə olduğundan daha yaxşı "Səbail" görəcəksiniz.
- Antalyadakı yoxlama matçları komandanızda hansı çatışmazlıqları üzə çıxardı?
- Təlim-məşq toplanışından maksimum yararlana bildik. Bu, hazırlıq oyunlarında da özünü göstərirdi. Komanda tempi 90 dəqiqə saxlaya bilirdi. Futbolçular fiziki səviyyəsi yaxşı olan rəqiblərə qarşı oyunlarda onlardan geri qalmadıqlarını göstərdilər.
- Hər nə qədər yoxlama matçı olsa da, Antalyanı qol vurmadan tərk edirsiz...
- Həmin matçlarda tam heyətlə oynamırdıq. Ona görə qol vura bilmədik. Yoxlama oyunlarında qol vəziyyəti yaratmaqdan daha çox funksional, taktiki hazırlığa yönəlmişdik. Oyunumuzda irəliləyiş var. Çoxlu qol fürsətləri əldə etsək də, istifadə edə bilmədik.
- Hər iki matçda Səlahət Ağayev heyətdə yox idi. O da zədələnib? Ümumiyyətlə, dünənki matçın protokolunda komandanızın heyətində cəmi 16 nəfərin adı qeyd olunmuşdu. Bu heyətlə “Səbail” nəyə ümid edə bilər?
- Bir çox oyunçularımız heyətdən kənarda qalıblar. 19 oyunçu ilə təlim-məşq toplanışına qatıldıq, ancaq onlardan üçü - Səlahət Ağayev, Yadin Lukasi və Valdemar Almeyda zədəli olduqları üçün onları yoxlama oyununda meydana buraxmağa risk etmədim. Zədəlilərimiz birisi gündən komandaya qoşulacaq. Bu, elə də qorxulu bir şey deyil.
- Transfer çalışmaları ilə bağlı nə yenilik var?
- İndiki zamanda legionerə ehtiyac var. Qış transfer bazarında isə legionerin tapılması və komandaya cəlb olunması bir qədər çətin məsələdir. Legionerin komandaya qoşulması, onun sənədləşdirilməsi işləri bir qədər vaxt alır. Bizim isə vaxtımız azdır. Amma bu həftə ərzində 2 legionerin komandaya qoşulması gözlənilir. Artıq onlar Bakıya yola düşmək üzrədirlər.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
14.11.2026
13.11.2026
12.11.2026
























