14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

Şeydayev "Kocaelispor"un düşərgəsinə nə vaxt qoşulacaq?

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Kocaelispor"a (Türkiyə) keçidi tamamlanmaq üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Demokrat Kocaeli" qəzeti açıqlama yayıb. 27 yaşlı hücumçu sabah səhər saatlarında Kocaelidə olacaq. O, tibbi müayinədən keçdikdən sonra komandaya qoşulacaq.

"Kocaelispor" Şeydayevlə 1,5 illik müqavilə imzalayacaq. 1-ci liqa təmsilçisi bu müddət ərzində Ramilə ümumilikdə 850 min avro maaş ödəyəcək.

Xatırladaq ki, R.Şeydayevin son klubu "Buriram Yunayted"dir. O, "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.

Qeyd edək ki, “Kocaelispor” Türkiyə 1-ci liqasında 18 turdan sonra 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31