14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Ölkə futbolu

"Karvan" hücumçusu ilə müqaviləni ləğv etdi

"Karvan" futbolçusu Ruslan Voronsovla yolları ayırıb.
 
Futbolxeber.az saytının Yevlax klubunun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Xatırladaq ki, Voronsov 1-ci liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilib. "Karvan" isə buna görə 300 manat cərimə edilib.
 
Qeyd edək ki, bu mövsüm "Karvan"ın heyətində 6 qol vuran Ruslan Voronsov komandanın bombardirlərindən idi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30