Ölkə futbolu
Sərxan Hacıyevin Tallindən verdiyi mesaj
Milli komandamız bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq. Estoniya ilə matçın nəticəsini təxminən 7 saat sonra biləcəyik. İndi həmin görüşə yox, başqa bir məqama – AFFA-nın baş katibi Sərxan Hacıyevin müsahibəsinə diqqətinizi çəkmək istərdik. Bu cızma-qaranı da həmin müsahibəyə bir baxış kimi dəyərləndirə bilərsiz.
Bu məqamda bir haşiyə çıxmaq istərdik. Əvvəla onu qeyd edək ki, uzun fasilədən sonra Estoniya səfərində milli komandamızı jurnalistlər də müşayiət edir. Yazının bu və qarşıdakı hissəsində “deyilənə görə” ifadəsindən istifadə etməyimizə səbəb dəvətlilər sırasında “Futbolxeber”in olmamasıdır. Yox, elə bilməyin ki, sözümüzün mustafası “səfər davasıdır”. Hər halda bilənlər bilir ki, mövcud olduğu 10 ildən artıq müddətdə heç kimə “Futbolxeber” səfər davası edir” demək şansı yaratmamışıq!
Yenə eşitdiyimizə görə, media orqanları səfərə dəvət edilərkən AFFA tərəfindən “mütləq mətbuat orqanının rəhbər şəxsi getməlidir” şərti irəli sürülüb. Özlüyündə bu məqam müəyyən şübhələr yaradır(dı).
Gələk Sərxan Hacıyevin müsahibəsinə. İlk diqqətçəkən məqam odur ki, AFFA-nın baş katibi qarşıdakı matçı az qala millimiz üçün ölüm-dirim səviyyəsinə qaldırır: “Bərabərlik və ya məğlubiyyətə haqqımız yoxdur”. Guya ki, millimiz bu gün Estoniyanı məğlub edib qrupu dördüncü yerdə tamamlasa, Azərbaycan futbolunda heç bir problem qalmayacaq. Sanki futbolumuzun yeganə dərdi qrupda beşinci yox, dördüncü olmaqdır. Halbuki qrupda beşinci, yaxud dördüncü olmağın heç bir fərqi yoxdur. Maksimum FİFA reytinqində 3-5 pillə irəliləyəcəyik, vəssəlam.
Sərxan Hacıyevin digər açıqlamaları – konkretləşdirsək, Rövnəq Abdullayev və Elxan Məmmədovla bağlı dedikləri isə “AFFA-da yalnız mən işləyirəm” təəssüratı yaratmaq təsiri bağışlayır. Rövnəq Abdullayev uzun müddətdir millinin səfər oyunlarına yollanmır. Axı bu, yenilik deyil. Bütün matçlarda iştirak edib, yalnız bu görüşə gəlməsəydi, bəli, məhz onda AFFA prezidentinin Estoniyaya yollanmaması xəbər olardı. O ki qaldı Elxan Məmmədovla bağlı açıqlamalara, kuluarlarda gəzən söhbətlərə görə, Sərxan Hacıyevin sələfi ilə münasibətləri çoxdan korlanıb. Hətta deyilənlərə inansaq, Hacıyev özünə yaxın çevrələrdə AFFA-ya yeni mətbuat katibi seçərkən əsas “şərt” olaraq “elə adam olmalıdır ki, Elxan Məmmədovla heç vaxt ünsiyyəti olmasın”ı irəli sürüb. Görünür, baş katibin bütün bu addımları martda AFFA rəhbərliyində ola biləcək mümkün dəyişikliklərə hesablanıb. Hazırkı rəhbərliklə əks mövqedə durduğunu nümayiş etdirməyə çalışan Sərxan Hacıyev indidən özünə yeni rəhbərlikdə yer etməyə cəhd edir. Hətta buna görə onu bu vəzifəyə təyin edən şəxs(lər)ə belə üz döndərir...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
13.11.2026
12.11.2026
























