Ölkə futbolu
Şahin Diniyev: “Futbolda məqsəd olmasa, oynamağa dəyməz”
“Əvvəldən də demişdim ki, çox ağır oyun olacaq. Nəfəs almaq çətin idi. Komandada qarşılaşmadan əvvəl xeyli problem var idi. Buna baxmayaraq, futbolçular çox ağılla, səbrlə mübarizə apardılar və son saniyələrdə lazımi qolu vurdular. Bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Qəbələ”yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O qeyd edib ki, görüşün istənilən nəticəsi ədalətli olacaqdı: “Hər iki komanda qələbəyə layiq idi. Heç-heçə də qeydə alına bilərdi. Elə oyun idi ki, istənilən nəticə ədalətli olacaqdı. Yekunda amma biz 3 xal qazandıq. Bir daha qedy edirəm ki, futbolçularım çox təmkinli çıxış etdilər”.
Mütəxəssis “Səbail”in zəif çıxış etməsini Pedro Nunonun yoxluğu ilə əlaqələndirmək istəməyib: “Futbolçularımı bölmək istəmirəm. Bəli, o komandamız üçün vacib futbolçudu. Nuno ağıllı futbol sərgiləyir. İstənilən əsas heyət üzvünün yoxluğu oyuna müəyyən dərəcədə təsir edir”.
Diniyev bildirib ki, məqsədləri avrokuboklar deyil. Bunun səbəbini isə o, belə izah edib: “Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Biri olmayanda, digəri meydana çıxa bilməlidir. Məsələn, Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır komandada ki, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, “bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı (gülür)”.
Mütəxəssis “Qəbələ” ilə matçın gedişində zəif oyuna baxmayaraq, erkən əvəzetmələrə getməməsini belə əsaslandırıb: “Soruşdum ki, niyə belə oynayırıq, niyə topu saxlaya bilmirik? Hamısında qaça bilməmək problemi var idi. Təsəvvür edin, start heyətində meydana çıxanlarda ikinci nəfəs açılmaq üzrə idi. Ona görə, eyni oyunçuıları saxladım. Prosesi görərək, özümüz "Qəbələ"ni ortada qarşılamağa qərar verdik. Belə oyunda yaxşı pleymekerin olması vacib idi. Psixoloji oyun idi”.
“Səbail”in çalışdırıcısı nəticəni qorumağın onu qorxutduğunu vurğulayıb: “Bəli, bu məqam məni qorxudur. 1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandır. Hansısa yollarla, gizlin yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindir. İkinci hissədə hətta "Qəbələ" də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdır. Çox çalışmalıyıq. Üçüncü turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı "Konyaspor", "Sivasspor"la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. "Qarabağ"la matçda geridönüş etmək çox çətindir. Oyunumuz var. Ən pisi təsadüf qələbələrdir. Xallarımızın heç biri təsadüfi olmayıb. "Zirə"yə, "Sumqayıt"a da uduzmaya bilərdik. Amma bir şey var ki, "Qarabağ"ı da udmaya bilərdik. Futbol buna görə gözəldir ki, proqnozları sevmir”.
O, matçın taleyini həll edən qolun müəllifi olan Rüfət Abdullazadədən də söz açıb: “Rüfət çox tərbiyəli, yerini bilən biridir. Futbolçu kimi də potensialı böyükdür. Onu da açmağa çalışıram. Gözləyirəm, hardasa "partlamalıdır". Heyəti məşqlərə görə qururam. Rüfətin geri dönüşdə problemi var. Amma futbol indi onu tələb edir ki, irəli gedirsənsə, o sürətlə də geri qayıdasan. Həmin partlayışı tezləşdirməlidir. Məşqlərdə ondan razıyam. Yaxşı futbolçu olacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
09:51
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
13.11.2026
12.11.2026
11.11.2026
























