Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi: “Həmişə başımız dik olub”
"Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib üç xal əldə etdik. Oyunçular çox əziyyət çəkdilər, amma sonadək dözdülər, matçı tam idarə edə bildilər. Mən dünən də bildirmişdim ki, "Hekken"in özünəməxsus oyunu var. Bəzi epziodların qarşısını ala bilmədik, amma futbolçular oyunu idarə edə bildilər. Azarkeşlərimizə də təşəkkür edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Hekken"ə qalib gəldikləri matçdan (1:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qeyd edib ki, futbolçuları tapşırıqları demək olar ki, tam yerinə yetiriblər: "Ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Biz get-gedə oyunu daha da ələ ala bildik. Məncə, qalib gəlmək istəyiriksə, hər bir rəqibə qarşı daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Gələcəkdə daha üstün çıxış etsək, yaxşı olar. Amma ümumən oyundan razı qaldım".
Mütəxəssis 3-cü və 4-cü turda qrupun və Bundesliqanın lideri "Bayer Leverkuzen"ə qarşı keçirəcəkləri matçlar haqqında da fikirlərini bölüşüb: "Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşır. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Çünki bu, əlavə bir təcrübədir, həmişə bizə faydalı olacaq. "Bayer Leverkuzen" də həm Bunesliqada, həm də Avroliqada ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. İnanıram ki, yaxşı oyun və mübarizə göstərəcəyik".
Baş məşqçi müdafiəçi Bədavi Hüseynovun Maksim Medvedevlə əvəzlənməsinin səbəbini də açıqlayıb: "Bədavinin əzələsində ağrı oldu. Özü əvəzlənməsini istədi".
O, Maksim Medvedevin qapıya gedən topun qarşısını aldığı epizodu şərh edərkən deyib: "Bu, hər futbolçunun etməli olduğu işdir, üzərinə düşən vəzifədir. Maksim də işin öhdəsindən gəldi. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır".
Q.Qurbanov "Bu gün erməni təxribatı gözlənilirdi. Bu, futbolçulara necə təsir edir" sualını da cavablandırıb: "Belə şeylər olanda biz həmişə daha inamlı olmuşuq. Biz peşəkarıq. İşimiz meydanda futbol oynamaqdır. Hər oyunda təxribatların qarşısını almaq üçün UEFA tədbirlər görür. Düzdür, bəzi hallarda təxribat baş verib. Bu ölkədə hər şey bizim üçün xoş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hömətlə yanaşırıq. Həmişə başımız dik olub. Bu cür hallar bizə təsir etmir".
Baş məşqçi zədəli futbolçusu Marko Veşoviçdən də danışıb: "Bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir".
O, digər zədəli futbolçusu Bəhlul Mustafazadənin vəziyyəti haqda isə bunları deyib: "Ayağında sınıq var idi. Sağalması vaxt tələb edir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
09:51
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
13.11.2026
12.11.2026
11.11.2026
























