14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

Musa Qurbanlı "Deqefors"a qarşı: 2 qol, 1 məhsuldar ötürmə, 1 qaçırılan penalti

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda "Deqefors"u qəbul edib. Görüş "Yurqorden"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib. Qurbanlı görüşdə dubl edib və 1 qolun ötürməsini verib. O, het-trik etməyə yaxın olsa da, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, M.Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub.

Qeyd edək ki, "Yurqorden" hazırda 37 xalla 4-cü, "Deqefors" 20 xalla 14-cüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31