29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Musa Qurbanlı üçün debüt şansı

Azərbaycan millisinin üzvü Musa Qurbanlının yeni klubu "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununu keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, komanda 17-ci turda "Elfsburq"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Musa bu oyunda meydana çıxarsa, İsveç çempionatında və "Yurqorden"də debüt etmiş olacaq.

21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Elfsburq" çempionatın turnir cədvəlində 36 xalla 1-ci (15 oyun), "Yurqorden" isə 30 xalla 4-cüdür (16 oyun).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30