14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Ölkə futbolu

"Qarşıda daha yaxşı Andrade görəcəksiniz"

“Sanki ailəmin yanına qayıtışam. Bu, mənim üçün olduqca vacibdi. “Qarabağ”ı qarşıda yaxşı oyunlar gözləyir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “  Qarabağ”ın köhnə-yeni futbolçusu Patrik Andrade deyib.

O, növbəti oyunlar üçün hazır olacağını bildirib: “Milli komandanın düşərgəsindən qayıtmışam. Qarşıdakı oyunlar üçün hazırlaşacam. Ümid edirəm ki, növbəti matçlarda meydana çıxmağa hazır olacam”.

Andrade ötən mövsümü keçirdiyi “Partizan”ın karyerası üçün bir təcrübə olduğunu söyləyib: “Partizan”da oynamaq mənim üçün bir təcrübə idi. Fərqli bir situasiya alındı. Hər şey mən istəyən kimi olmadı. Lakin bu cür klublara keçmək də bir təcrübədi”.

Yarımmüdafiəçi “Əvvəlki Patrik Andradeni yenidən görə biləcəyik?” sualını belə cavablandırıb: “Öz üzərimdə çalışıram. Komanda şəklində də daha yaxşı olmağa çalışacağıq. Günü-gündən öz performansımızı yaxşılaşdırırıq. Ona görə də düşünürəm ki, qarşıda daha yaxşı Andrade görəcəksiniz”.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Rakuv”dan da danışıb: “Bu matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Rəqib olduqca yaxşı komandadı. Polşa klublarına qarşı daha əvvəl oynamışam. İnanıram ki, mərhələ adlaya biləcəyik”.

Azad NURİYEV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30