11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

“Turan Tovuz” Arda Turanın komandasına qarşı

Sabah təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Türkiyəyə yola düşəcək “Turan Tovuz”un hazırlıq prosesi çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin üçü müəyyənləşib. 
 
Futbolxeber.az saytına müsahibəsində bu barədə Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov məlumat verib. 
 
O bildirib ki, rəqiblərdən ikisi Türkiyə təmsilçisidir: “İlk oyunda “Adana Dəmirspor”la qarşılaşacağıq. Bu matç iyulun 17-də keçiriləcək. Ayın 22-də “Eyübspor”la üz-üzə gələcəyik. Üçüncü matçımız Afrika klubuna qarşı olacaq. Sonuncu oyundakı rəqib isə hələ müəyyənləşməyib”. 
 
Qeyd edək ki, “Eyübspor”un baş məşqçisi tanınmış türkiyəli veteran futbolçu Arda Turandır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31