11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Ayxan Abbasov 5 qollu qələbəni şərh etdi

“Bizim üçün əsas olan oyun tempi idi. Heyətimizdə yeni futbolçular var. Onlar hazırda adaptasiya dövrünü keçirlər”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov yoxlama oyununda “Araz Naxçıvan”ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis yoldaşlıq görüşündə komandadan istədiklərini ala bildiklərini vurğulayıb: “Ümumi götürdükdə, oyundan razı qaldıq. Əsas odur ki, bu gün komandadan istədiklərimizi ala bildik. Bu matçla hazırlığın ilk mərhələsinə yekun vurduq. Növbəti mərhələ Türkiyədə olacaq”.  

O, komandasının rəqib qapısından  5 top keçirməsinə belə münasibət bildirib: “Həmişə deyirik ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Amma bu gün futbolçuların qol vurması, özlərinə inamı bizim üçün vacibdi. Qol olanda biz də sevinirik, futbolçular da”.

Fərəc ASLANOV

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31