14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

“Qəbələ” İsrail millisinin hücumçusunu transfer etdi

“Qəbələ” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytına açıqlamasına bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, israilli hücumçu Osama Xalaila heyətə cəlb olunub. Mütəxəssis qeyd edib ki, 25 yaşlı forvard tezliklə komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Xalaila peşəkar karyerasına “Bney Şahnin”də başlayıb. 2017-2021-ci illər aralığında bu klubun heyətində 70 matçda 17 qol vurub. Daha sonra Tel-Əviv “Makkabi”sinə transfer olunan 25 yaşlı forvard paytaxt təmsilçisində 14 matçda 2 dəfə fərqlənib. Son mövsümü isə Osama Xalaila icarə əsasında “Makkabi Bney Reineh”də keçirib (24 görüş, 1 qol).

İsrailin U-18, U-19 və U-21 millilərində çıxış etdikdən sonra 2021-ci ildə Xalaila əsas yığmaya cəlb olunub. O, millidə cəmi 1 matçda forma geyib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31