27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

UEFA-dan Əliyara yüksək etimad

UEFA FİFA referisi Əliyar Ağayevə yüksək etimad göstərib.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31