28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Şahin Diniyevin 200-cü oyunu

Şahin Diniyev Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, hazırda "Səbail"in sükanı arxasında olan 57 yaşlı mütəxəssisin yubileyi "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXVI tur oyununa təsadüf edib.

Diniyev 2001/2002 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib.

Sonradan “Rəvan” və “Kəpəz”də işləyən baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir.

Onun rəhbərlik etdiyi komandalar bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30