14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

Emin Mahmudovun "Neftçi"də yubiley qolu

Azərbaycan millisinin kapitanı Emin Mahmudov “Neftçi”də 50-ci qolunu vurub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün son turunda gerçəkləşib.

31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub - 1:0.

Mahmudov 2017/2018 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib.

O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Təcrübəli oyunçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçudur. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31