Ölkə futbolu
Şahin Diniyev: “Sanki VAR bizim üçün lənətlənib”
“Qarşılıqlı hücumlar şəraitində keçən gərgin qarşılaşma izlədik. Tək qolların deyil, qol epizodlarının da sayı kifayət qədər çox idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la 2:2 hesabı bərabərə qaldıqları oyundan sonra deyib.
Mütəxəssis qeyd edib ki, hər iki komanda meydanı 3 xalla tərk edə bilərdi: “Standart vəziyyətləri çıxmaq şərti ilə komandam 2 hissə dominant futbol oynadı. Topa nəzarət bizim tərəfimizdə idi. Hücumlar zamanı cinah müdafiəçiləri də irəli atılırdı. Lakin problem o idi ki, bu gün hücumçusuz, iki “10 nömrə” ilə oynayırdıq. Hesabda 2 top fərqi ilə geri düşsək də, komanda xarakter göstərdi, geridönüş edə bildik. “Turan Tovuz” son vaxtlar əla çıxış edir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qapımızda erkən qol gördük. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün xətalı oldu. Soyuqqanlılıq çatışmadı, qapıçı və müdafiəçilər düzgün oynamadılar. Lakin ruhdan düşmədik. Məncə, hesab oyuna görədi. Hər iki komanda bu gün qalib də gələ bilərdi, uduza da bilər”.
Diniyev start heyətində nominal hücumçuya şans verməməsinin səbəbini belə izah edib: “Rəqibin oyununu analiz edəndə gördük ki, 3 mərkəz müdafiəçisinin hər biri rəqib hücumçularla fərdi oynayır. Təkbətək mübarizədə çox güclüdürlər və rəqib hücumçulara oynamağa imkan vermirlər. O üçlüyün arasına, yəni start heyətimizə hücumçu daxil etmək o demək idi ki, 1 nəfər azlıqda oynacağdıq. Bu səbəbdən də həmin müdafiəçilərin oyunçusuz qalmalarını istədim. Hər iki hissədə qol şanslarımız var idi. Düzdür, ikinci yarıda 2 hücumçu buraxdıq. O zaman artıq itirəcəyimiz heç nə yox idi. Düşünürəm ki, üçüncü qolu da vura bilərdik. Zakpa yaxaladığı 2 şansdan birini dəyərləndirsəydi, qalib də gələ bilərdik”.
O, gənclərə az şans verməsinin komandanın turnir cədvəlindəki mövqeyi ilə bağlı olduğunu bildirib: “Bəli, Ədilxan Qaraxanov, Nihat Qurbanov kimi futbolçulara demək olar ki, şans verə bilmirəm. Bu, turnir cədvəlində tutduğumuz yerə görədi. Mövqeyimiz komandaya stress yaşadır və bizə də heyətdə rotasiya etməyə imkan vermir. İndiki məqamda əsasən təcrübəlilərə güvənirik ki, nəticə qazanaq. Bu təzyiqlər altında gəncləri çox qabağa çəkə bilmirəm. Təbii ki, vəziyyətimiz başqa cür olsaydı, gənclərə də şans verə bilərdim”.
Şahin Diniyev “Komanda Premyer Liqadakı yerini itirsə, “Səbail”də qalacaqsınız?” sualını belə cavablandırıb: “Heç vaxt qərar verməyə tələsmə. İnsan gərək dediyi sözün arxasında dura. Uşaq deyilik. Mən də heç vaxt heç vaxt demə psinsipi ilə işləyən insanam. Sabah nə olacağını bilmirəm. Təbii ki, ilk növbədə məqsəd Premyer Liqada qalmaqdı. Yox, bu baş verməsə, hansı addım atacağımı bilmirəm. Hələ bu barədə düşünməmişəm”.
Təcrübəli mütəxəssis Şamaxıdakı nəticəni bildikdən sonra risk etmədiklərini qeyd edib: “Şamaxı” - “Qəbələ” oyununun heç-heçə bitməsi barədə xəbər gəldi. Bundan sonra risk etmədik. Əgər “Şamaxı” qalib gəlsəydi, son dəqiqələrdə risk edib, üçüncü qolu vurmağa çalışacağdıq. Amma həmin görüş qolsuz bitdiyindən sonda heç-heçəni qorumağa çalışdıq. Hətta qol vurmaq üçün irəli atılan mərkəzi müdafiəçilərini də geri çağırdım. İndiki halda hər komandanın heç-heçə etməsi bizə nisbətən sərf edir. Bu halda son turda “Şamaxı” ilə görüşdə bizə 1 xal da bəs edəcək”.
Ş.Diniyev qeyd edib ki, 17 tur ərzində VAR-da komandasının lehinə qərar qəbul edilməyib: “17 turda bəlkə 12-14 dəfə bizim oyunlarda VAR-a baxılıb və heç bir halda bizim lehimizə olan yekun qərar qəbul edilməyib. Ona görə də bugünkü matçda hakim VAR-a gedəndə heç epizoda baxmadım. Bilirdim ki, bizim xeyrimizə olacaq qərar qəbul olunmayacaq. Sanki VAR bizim üçün lənətlənib. Burda söhbət qərarın səhv, ya düz olmasından getmir. Əlehimizə olan səhv qərarlar çoxdur. Bununla bağlı xeyli epizod var”.
O, son turla bağlı Hakimlər Komitəsinə xahişini də çatdırıb: “Son turda “Şamaxı” ilə görüşümüz həlledicidir. Bu matçda 1 nəfərin deyil, bütün komandanın, cameənin taleyi həll olunacaq. O matçda səhvlər bağışlanmayacaq. Ona görə də elə sizlərin vasitəsi Hakimlər Komitəsindən xahiş edirəm ki, bu matça ciddi yanaşsınlar. VAR-da hər incə məqama diqqət edilməlidir. Çünki yenə deyirəm ki, bu görüşdə 2 komandanın deyil, 2 böyük ailənin taleyi həll olunacaq. Bu səbəbdən də hər şey ədalətli olmalıdır. Düşünürəm ki, belə də olacaq”.
Diniyev idman prinsiplərinin bəzi məqamlarda əsas olmadığını deyib: “Səbail” də, “Şamaxı” da, “Kəpəz” də, “Sumqayıt” da Premyer Liqada qalmağa layiqdir. Mən daha əvvəl də bu barədə fikirlərimi açıqlamışam. Elə deyirlər idman prinsipi. Məgər “Kəpəz”, “Turan” bu mövsüm Premyer Liqaya idman prinsipi ilə gəldi? Yaxud mənim çalışdığım dövrdə “Kəpəz” idman prinsipi ilə Premyer Liqaya yüksəldi. Yaxud ikinci məsələ. İdman prinsipindən danışırıqsa, o zaman I Divizionda da klubların hamısı peşəkar olmalıdı. “Qarabağ-2”, yaxud “Qəbələ-2” I yeri tutsa, Premyer Liqaya yüksələcəklər? Deməli, dördüncü, beşinci yeri tutanlardan biri vəsiqə əldə edəcək. İdman prinsipi o zaman olur ki, üç peşəkar liqa var. Bəlkə də yenə deyəcəklər Şahin Diniyev “Səbail”ə görə danışır, amma həqiqətən də elə deyil. “Səbail” də Premyer Liqada qalmağa layiqdi, “Şamaxı” da”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:31
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
27.10.2026
26.10.2026
25.10.2026
























