11 Iyun 2026, Cümə axşamı
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

21.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir;

21.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir;

21.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilir;

21.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilir;

22.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Səbail” - “Neftçi” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilir;

23.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt” - “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilir;

23.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt” - “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt” klubu 1600 manat cərimə edilir;

23.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt” - “Qəbələ” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30