Ölkə futbolu
Qurban Qurbanov: “Bəli, çox qol buraxırıq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Qəbələ” üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis vacib 3 xal qazandıqlarını qeyd edib: “Bizim üçün çox vacib oyun idi. Mühüm 3 xal qazandıq. Gərgin və maraqlı qarşılaşma alındı. Bu gün çox yaxşı komandaya qarşı oynayırdıq. Hansı ki meydanda nə etdiklərini çox yaxşı bilirlər, bir-birini tamamlayan futbolçuları var. Ümumən futbolçularımdan razı qaldım. Sadəcə bəzi epizodlarda diqqətsizlik var idi. Məsələn, sarı vərəqələrlə bağlı futbolçulara tapşırıq vermişdik ki, diqqətli olsunlar, rəqibə üstünlük qazanmaq şansı verməsinlər. Bu da oyunun gərginliyindən, aqressiyasından irəli gələn məqamlardı. Hər bir halda futbolçulardan razıyam. Bəzi futbolçularımızın yoxluğuna baxmayaraq, yaxşı, dinamik bir oyun oldu. “Qəbələ”yə də uğurlar arzu edirəm”.
Mütəxəssis rəqibin onları nə iləsə təəccübləndirməsi haqda sualı belə cavablandırıb: “Qəbələ”nin öz oyun üslubu var və son zamanlar tərzini yaxşılaşdırır. Topu ələ keçirən kimi tək toxunuşlarla çox yaxşı hücuma çıxırlar. Hücumçuları daim müdafiənin arxasında top almağa çalışırlar. Bunu çox yaxşı yerinə yetirirlər. Bu gün məhz bu məqama diqqət ayırsaq da, bir neçə epizodda qarşısını ala bilmədik. “Qəbələ” öz istədiyini daim yaxşılaşdıran bir komandadı və məncə, bu, ən böyük müsbət cəhətləridi”.
O, hazırda komandasında itkilərin çox olduğunu bildirib: “Komandanın pik formaya nə vaxt çatacağını deyə bilməyəcəm. Çünki bəzən düşünmədiyimiz hadisələr olur. Bu gün hücum xəttində oyunçularımız olsa da, əlimdə dəyişiklik etmək üçün imkan azı idi. Diabi, Benzia zədəlidi. Onların formada olması həm rəqabəti yaxşılaşdırır, həm də mənim üçün oyunlarda rotasiya etmək, istənilən an sürəti artırmaq şansı yaradır. Zədəlilərimiz hazırda çoxdu. Məşqlərə başlayandan sonra yenidən formanı bərpa etmək üçün müəyyən vaxt tələb olunur”.
Qurbanov fasiləyə yollanarkən hakimlə aralarındakı dialoqa da aydınlıq gətirib: “Mənim hakimlərdən razı qalmadığım vaxt olmayıb. Heç vaxt razı qalmadığımı deməmişəm. Həmin epizodda da hakimə narazılıq bildirmirdim. Sadəcə yaxınlaşdım dedim ki, çox bəsit sarı vərəqələr göstərdiz. Oyunun 15-20-ci dəqiqəsində orta sahə oyunçularımızdan ikisi sarı vərəqə alırsa, onlar ehtiyatlı davranacaqlar və aqressiyanı itirəcəklər. Fasilədə sarı vərəqə epizodlarına baxdım. Mənim fikrimcə, Romanın epizodunda sarı vərəqə yox idi. Lakin referi əminliklə dedi ki, düşüncəsinə görə hər iki epizodda sarı vərəqə idi. Hakimləri də başa düşmək lazımdı. Oyunların gərginliyi onlara da təsir edir. Bəzən qışqırığa fit verirlər. Hakimlərə də uğurlar arzulayıram. Hər birimiz istəyirik ki, onlar da daha yaxşı səviyyəyə çatsınlar”.
“Qarabağ”ın çalışdırıcısı hazırda əvəzedici komandadan hansısa futbolçunun əsas heyətə düşmək iqtidarında olmadığını deyib: “Əvəzedici heyətdən bir neçə gənc futbolçunu əsas komandaya cəlb edirik. Bizlə məşq edirlər. Amma bu gün meydana buraxa biləcəyim səviyyədə deyillər”.
Mütəxəssis “Qarabağ”ın əksər oyunlarda qapısında qol görməsinə də münasibət bildirib: “Bu, Şahrudinin yoxluğu ilə bağlı deyil. Bəli, çox qol buraxırıq. Bununla bağlı futbolçulara iradlarımı bildirirəm. Bu gün də iradımı bildirdim. Böyük ehtimal, birincisi, müdafiədəki diqqətsizliyimiz, ikincisi də rəqiblərin hücumda daha dəqiq oynaması qapımızda qol görməyimizə gətirib çıxarır. Ümumən hazırda çempionatımızda qol vurulmayan oyun demək olar ki yoxdu. Bütün kollektivlər daha çox hücum qurmağa çalışır. Bu gün demək olar ki, heç bir rəqib digərindən çəkinmir. Pressinq tətbiq edirlər, daha çox hücum qururlar. Amma istənilən halda səhvləri ilk növbədə özümüzdə görürəm. Oyunumuz da rəqibə daha çox şans verir. Eybi yoxdu, çox qol vuraq, hər oyun qol buraxmağımızla heç nə olmaz. Amma mənim üçün vacib olan bütün futbolçularımın hücumda çəkinmədən oynamasıdır”.
Qurban Qurbanov Qara Qarayevin start heyətində yerini itirmədiyini vurğulayıb: “Qara Qarayevin start heyətində yer aldığı oyunların sayı az olmayıb. Bəzi rotasiyalar edirik. Qara bizim əsas oyunçularımızdan biridi. Elə qarşılaşamlar olur ki, dəyişiklik edirik. Növbəti matçlarda yenidən Qaranı əsas heyətdə görə biləcəksiz”.
Mütəxəssis 2 gün sonra keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında hər hansı bir dəyişiklik grmək istəməsi ilə bağlı sualı şərh etməyib: “Bu, mənə aid olmayan bir məsələdi”.
Q.Qurbanov yayda yeni transferlərin olacağını bildirib: “Yayda bir neçə transfer etmək fikrindəyik. Daim liderliyi qoruyub saxlamaq istəyiriksə, Avropada hər zaman uğurla çıxış etməyi hədəfləyiriksə, heyətimizin hər zaman genişlənməsinə ehtiyac var. Bu gün komandamızda qapıçılardan başqa 23 futbolçu olsa da, gördünüz ki, avrokuboklardakı oyunlarımızda nə qədər çatışmazlığımız oldu. 7-8 ay ərzində oynamayan futbolçularda zədələri, mikro zədələri də gözləməliyik. Böyük oyunlarda bəzən güc çatmır. Ona görə də Diakabi, Benzia düşünmədiyimiz zədələrlə üzləşdilər. Onların hazırlıq səviyyəsi elə idi ki, minimum 30-45 dəqiqə meydanda mübarizə apara bilərdilər. Lakin matçların gərginliyi göstərdi ki, bizim düşündüyümüz kimi olmadı. Vacib məqam odur ki, hansısa oyunçunu itiririksə, oyunumuzu itirməməliyik. Zədəlini əvəzləyən futbolçumuz da yaxşı səviyyədə, bacarıqlı olmalıdır. Ona görə də yayda yeni transferlərin gözlənildiyini söyləyə bilərəm”.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
20:53
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
13.11.2026
12.11.2026
























