3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Həm yeni sponsorun, həm də tovuzlu azarkeşlərin önündə qələbə qazanmalıyıq"

"Bugünkü oyunda meydana qələbə üçün çıxacağıq. Bilirsiz ki, yeni sponsorla müqavilə imzalanır. Həm yeni sponsorun, həm də tovuzlu azarkeşlərin önündə 3 xal qazanmalıyıq. 6-cı pillədəki mövqeyimizi qorumaq, digər komandalarla xal fərqini artırmaq üçün qələbə bizim üçün vacibdir. Həm də unutmaq olmaz ki, "Qərb derbisi" prinsipial xarakter daşıyır".

Futbolxeber az saytına müsahibəsində bu sözləri "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev bu gün Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"ə qarşı keçiriləcək oyun barədə danışarkən deyib. 

O, bu gün "Huner Group"la imzalanacaq yeni sponsorluq müqaviləsi haqda da danışıb: "İlk gündən şirkət rəhbərliyi ilə danışığımız çox müsbət alındı. "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev futbolu sevən bir şəxsdir. Özü də əslən Tovuzdan olduğu üçün danışıqlarımız çox uğurlu alındı və bu gün rəsmi müqavilə imzalanacaq".

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31