27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

Emreli “Şkupi”yə qarşı oynamayacaq

Zaqreb "Dinamo"sunda (Xorvatiya) çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu da buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, zədəsi hələ də sağalmayan 25 yaşlı hücumçu sözügedən görüş üçün heyətdən kənarda qalıb.

Mahirlə yanaşı, digər zədəlilər Yosip Şutalo və Marko Bulat, həmçinin yeni sağalmış Bosko Şutalo da səfər oyunu öncəsi Zaqrebdə qalıblar.

Qeyd edək ki, "Şkupi" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.

Əlavə edək ki, M.Emreli zədə səbəbindən "Şkupi" ilə ilk oyunu da buraxmışdı.

 

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31