27 Aprel 2026, Bazar ertəsi
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi
“Neftçi” “Qarabağ”a məğlub oldu

Ölkə futbolu

Elmar Baxşıyevin mətbuat konfransı olacaq

İyulun 28-də UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Macarıstanın “Fehervar” klubunu qəbul edəcək.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Fehervar” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 27-də arenanın media zalında təşkil olunacaq.

İlk olaraq saat 18:30-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq.

Saat 19:30-da isə “Fehervar”ın baş məşqçisi Mixael Boris media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 19:00-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30