13 Noyabr 2026, Cümə
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu

Ölkə futbolu

Bertuççi: "Hər xal üçün mübarizə aparmalısan"

“Neftçi” PFK-nın futbolçusu Bruno Bertuççi “Sumqayıt” klubu ilə oyun öncəsi klubun rəsmi saytına danışıb: “Ötən tur “İnter”lə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da siraət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən də “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəm. Çempionat uzun marafon olsa da burada hər xal üçün mübarizə aparmalısan. Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa qələbə üçün əlindən gələni edəcək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30