8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Elmar Baxşıyev: "Bu, "Qəbələ"nin maksimumu deyil”

“Gözlədiyimiz kimi ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün komanda məzmunlu oyunla layiqli 3 xal qazandı. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31