13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Yaşar Vahabzadə: “Növbəti oyunda da sensasiya etməyə çalışacağıq”

"Oyunun əvvəlində həyəcan oldu. İkinci hissədə meydanda tamam başqa komanda var idi. Futbolçulardan razı qaldım. Komandamı təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis bildirib ki, əsas sürprizlər kubok matçında olur: "Qələbə qazandıq, mərhələ adladıq. Növbəti rəqib də Premyer Liqa klubudur, həmin matçda da sensasiya etməyə çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Keşlə" ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək. İlk oyun "ASK Arena"da, cavab görüşü isə Gəncə şəhər stadionunda olacaq (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31