15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi: “Getməyi məqsədəuyğun saymıram”

"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Matçın birinci hissəsi eyni səviyyədə oldu, rəqib qol vurmağı bacardı. Biz hücumları sonlandıra bilmirdik, dinamiklik yox idi. İkinci yarıda üstün oynadıq. Əlimizə düşən fürsəti qola çevirə bilmiriksə, qələbə qazana bilmərik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, istefa barədə düşünmür: "Ardıcıl 3 məğlubiyyətə gəlincə. dünyanın hər ölkəsində 3 uğursuz nəticədən sonra baş məşqçisini istefaya göndərə bilərlər. Əksinə, ona yaxşı nəticələr qazanması üçün şans da verilə bilər. Mən hələ ki, getməyi məqsədəuyğun saymıram".

Qomes "Hədəfiniz gənc oyunçu qazanmadıq, yoxsa nəticə əldə etməkdir" sualına belə cavab: "Məqsədlərimiz oyunları udmaqdır. İstəyirəm ki, gənclər də oynasın. Amma əsas məqsəd nəticə qazanmaqdır" (Sport24.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31