27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

ÇL tarixinin reytinqi: siyahıda 7 Azərbaycan klubu var

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, 1955-2020-ci illəri əhatə edən siyahıya Azərbaycanın 7 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.

Aktivində 15 xalı olan "Neftçi" 169-cudur. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdur. Hazırda fəaliyyət göstərməyən komanda 269-cu sıradadır.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması aşağıdakı kimidir:

84. "Qarabağ" - 41 xal

169. "Neftçi" - 15 xal

269. "Bakı" - 6 xal

294. "Keşlə" (İnter) - 5 xal

396. "Şəmkir" - 2 xal

397. "Kəpəz" - 2 xal

424. "Xəzər Lənkəran" - 1 xal

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31