14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

"Neftçi"dən koronavirusla bağlı növbəti açıqlama

"Neftçi" PFK məlumat yayıb.

Futbolxeber.az klubun rəsmi saytında yer alan məlumatı təqdim edir:

 - Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə "Neftçi” Futbol Akademiyası komandalarının məşqlərinin keçirilməməsi martın 23-dək uzadılıb.

Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 27-dək təxirə salınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31