11 May 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

“Linfild”in baş məşqçisi: “Hakimin idarəçiliyi məni təəccübləndirdi”

"Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü. “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların qələbəyə layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Linfild”in baş məşqçisi Devid Hili Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a cavab görüşündən (1:2) sonra mətbuat konfransında deyib.

- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?

- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.

- Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?

- Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.

- Sanki komandanızda oyun bütövlüyü yox idi.

- Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31