Ölkə futbolu
“Bu, AFFA üçün ən vacib layihələrdən biri olacaq”
AFFA-nın inzibati binasında “Elit Məşq” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla tədbiri açıq elan edib. “Elit Məşq” layihəsinin dünənki təqdimatı haqda məlumat verdikdən sonra sözü aşağı yaş qruplarından ibarət yığma komandaların koordinatoru Miloş Velebitə ötürüb. Serb mütəxəssis öncə layihə ilə bağlı təqdimatla çıxış edib.
- Bu, AFFA üçün ən vacib layihələrdən biri olacaq. Bizim böyük məsuliyyətimiz var. Niyə vacibdi? Çünki biz əgər gələcəkdəki nəticələri düşünürüksə, indidən sistemin necə işləyəcəyini fikirləşməliyik. Milli komandaların indiki nəticələri yalnız indidən asılı olmur. Əvvəldən başlayıb, davam edib və hazırkı nəticələrə gətirib çıxarıb. İşimizi sistemli qursaq, proqram və planımız olsa, yaxşı nəticələrimiz də olacaq. Səbrli olmalıyıq, buna vaxt lazımdı. Bu sistem işləsə, gələcəkdə milli komandalara da tətbiq edəcəyik.
Proqram 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlar arasında bütün regionlarda tətbiq olunacaq. 10 region, 16 nöqtəmiz olacaq. Həmin nöqtələrdə elit proqramın nəzəriyyəsi altında məşqlər keçiriləcək. Layihədə 26 məşqçi işləyəcək. Eyni zamanda AFFA tərəfindən 8 məşqçi təyin olunacaq. Hansı ki, məşqçilərə və məşq proseslərinə nəzarət edəcəklər. Onlardan əlavə, bütün nöqtələrdə kameralarımız quraşdırılacaq. Bunun vasitəsilə prosesə nəzarət edəcəyik. Müxtəlif yaş qrupları üçün 5 müxtəlif proqram olacaq. U-10 və U-11 üçün tanışlıq arakteri daşıyacaq. Daha sonra U-12 və U-13 üçün elementar proqram təşkil ediləcək. 14-15 yaşlılar üçün elit proqram olacaq. U-16 və U-17-lər üçün fərqli proqram olacaq, daha yuxarı yaşlılar üçün daha çətini.
Bütün proqramlar yaşlara uyğun olacaq. Müxtəlif metodikalardan istifadə edəcəyik. Bütün iş addım-addım gedəcək. 6 aydı ki, U-16 və U-17 komandaları ilə bu proqrama başlamışıq. Artıq 14, 13, 12, 11, 10 yaşlı uşaqlarla da işə başlayırıq. Hər bir nöqtədə həftədə iki dəfə məşqlər keçəcəyik. Ay ərzində 8 məşq olacaq. Bir tsikl 4 aydan ibarət olacaq. Ayın axırında yoxlanış oyunu keçiriləcək. İki tsikl bitdikdən, yəni 8 ay sonra milli komanda səviyyəsində təlim-məşq toplanışı keçəcəyik. Planımız yolunda getsə, biz hər yaş üçün ən yaxşı futbolçuları seçə biləcəyik.
Layihədə iştirak edən bütün məşqçiləri təlim-məşq toplanışına çağıracağıq. Ordaməşqləri onlara göstərəcəyik. Hansı ki, bunları regionlarında tətbiq etməlidilər. Bu, davamlı baş verəcək. Buna AFFA məşqçiləri də dəstək olacaq. Bununla bağlı yeni proqram yaradacağıq. Bizə vaxt lazımdı. Bütün milli komandalar üçün plan yaradacağıq. Futbolçular üçün də əlavə proqramlar hazırlanacaq. Bu baxımdan bizə baza lazım olacaq. Hansı ki, orda bütün futbolçuları qeydiyyata alacağıq. Yeni prinsiplər tətbiq edəcəyik. Ölkədəki bütün klublarla yaxşı əlaqələr quracağıq ki, onlar da bu proqrama davam etsinlər. Təəssüf ki, biz futbolçuları yalnız 5-10 gün toplanışlarda görürük. Qalan vaxt isə onlar klublarında olurlar. Bu baxımdan klubların da köməyi lazımdı. Bir neçə ildən sonra nəticə görəcəyimizə ümid edirəm. Əsas məqsədimiz futbolçuları U-21 və əsas milli üçün yetişdirməkdi.
Bu proqramı Serbiyada tətbiq ediblər. Ancaq təbii ki, eyni deyil. Hər ölkənin öz spesifikası var. Buna görə də prosesdə dəyişikliklər ola, yeni nüanslar əlavə edilə bilər. Vaxt keçdikcə proqramı təkmilləşdirəcəyik.
- Tam izah etdiz. Ancaq anlaşılmaz məqamlar var. Bu, futbolçu seleksiyası ilə bağlıdı, yoxsa akademiyalar qurulması?
- Bu, onların arasında bir şeydi. Akademiya qurmaq üçün ilk növbədə seleksiya etməliyik. Regionlardan ən yaxşıları seçəcəyik, onları nəzarətdə saxlayacağıq. Dediyiniz məsələlərin hər ikisi bura daxildi.
- Belə başa düşmək olar ki, küçədən uşaqları böyük futbola qazandırmaq məqsədi daşıyırsız?
- Həmin futbolçular öz regionlarında inkişaf edəcəklər. Həmin nöqtələri yaradırıq ki, qaldıqları yerdə məşq edə bilsinlər. Regionlarda 10 yaşdan 15 yaşa qədər futbolçuların üzərində işləyəcəyik. Ölkənin ən istedadlılarını yığıb bura gətirəcəyik.
- 26 məşqçi kimlər olacaq?
- Mən onların hamısını tanımıram. Bu proyekt artıq olmuşdu Azərbaycanda. Demək olar ki, əksəriyyəti bundan xəbərdardı.
- Adbaad nəzərdə tutmuram. Sadəcə, onlar azərbaycanlılardımı? Və kateqoriya tələbi varmı?
- Təbii ki, uşaq futbolunda təcrübəli məşqçilər olmalıdı. Və əlbəttə ki, həmin regiona yaxın olmalıdılar. Kateqoriya vacib deyil. Əsas odu ki, bu layihədə təcrübəsi olsun və həmin regionu tanısın. Buna baxmayaraq, hər şey bizim nəzarətimiz altında olacaq. Onlara məşqlərin necə keçirilməsini izah edəcəyik. Bu, həm də məşqçilər üçün seleksiya olacaq. Onlar da orda seçilməlidilər. Tsikl 4 aylıq olduğuna görə onlarla da 4 aylıq müqavilə imzalanacaq. Zaman keçdikcə biz onların da bacarığına əmin olacağıq.
- Məqsəd istedadlı uşaqları tapmaqdısa, 18-19 yaş bir qədər gec deyil? Olmazdı ki, onların əvəzinə 10-11 deyil, 8-9 yaşdan başlayardız?
- Biz bu yaş kateqoriyasından başlayırıq. Ancaq gələcəkdə hər şey dəyişə bilər. 10 və 11 yaşlılar da planımızdadı. Hələlik 4 aylıq tsiklı bu yaşlılar üçün başlayırıq. Daha sonra yaşı azaltmaq planımız var.
- Proqramın Serbiyada tətbiq olunduğunu bildirdiz. Bunun sayəsində orda hansı futbolçular yetişib?
- Bu ölkələri müqayisə etmək düzgün deyil. Orda 2006-cı ildə bu proqrama start verildi. U-11-dən U-16-ya qədər həyata keçirildi. Litvada U-19 Avropa çempionatının qalibi oldu komanda. Heyətin əksər futbolçuları 2006-cı ildə 12 yaşda bu proyektdə başlayanlar idi. 2015-ci ildə isə U-21 dünya çempionu oldu. Həmin komandanın 80 faizi hazırda Serbiyanın əsas millisindədi. Sergey Milinkoviç-Saviç, Luka Yoviç kimi futbolçular çıxdı ordan. Ancaq biz Azərbaycanı Serbiya ilə müqayisə edə bilmərik. Ən birinci nəticəmiz o olacaq ki, U-17, U-19 komandalarmız elit-raunda adlayacaq. Düzdü, daha əvvəl olub, ancaq davamlı deyil. Bu proqram işləsə, hər il elit-raunda vəsiqə qazanacağıq. Təbii ki, U-21 və əsas millilər də güclənəcək.
- O uşaqlar üçün klublar da olmalıdı, yalnız məşqlə kifayətlənəcəksiz?
- Ən azından həftədə iki dəfə bizimlə məşq edəcəklər. Ancaq klub məşqçiləri də bizimlə işləməlidi. Onlar bacarıqlı futbolçuları gördükdə özləri də maraqlı olacaqlar ki, komandalarına götürsünlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
29.09.2026
28.09.2026
27.09.2026
























