27 Aprel 2026, Bazar ertəsi
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi
“Neftçi” “Qarabağ”a məğlub oldu

Ölkə futbolu

"Neftçi" erkən qol vursaydı...”

"Əgər "Neftçi" erkən qol vursaydı, əlbəttə, oyun başqa məcrada gedərdi. Bizim üçün çətin olardı. İlk qol çox vacib idi, bizə böyük üstünlük verdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bney Yehuda"nın futbolçusu Dor Yan Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə cavab oyunundan (2:1) sonra deyib.

İsrailli hücumçu ölkəsinin mətbuatına açıqlamasında "Neftçi"ni yaxşı analiz etdikləri üçün üstələdiklərini bildirib: "Neftçi" kimi ciddi rəqibə qarşı bizi yaxşı hazırladığı üçün məşqçilərimizə təşəkkür edirəm. Rəqibimizin zəif və güclü tərəflərini bilirdik. Buna görə də düşündüklərimizi meydanda həyata keçirə bildik.

Əlbəttə, ki, xoşbəxtik. Ancaq eyforiyada deyilik. Qarşıda "Malmö" var. Bu komanda "Neftçi"dən güclüdür".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30