14 Sentyabr 2026, Bazar ertəsi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

Aftandil Hacıyev: "Essyen istədiyimiz formada deyil"

"Gözlədiyimiz kimi hər oyun gərgin keçir. Maraqlı oyun alındı. Planlaşdırdıqlarımı reallaşdırmağa çalışdıq. İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün bizim üçün çox qiymətlidir. Qarşıda çətin oyunlar var. "Zirə" beş oyun uduzmurdu. Rəqibə uğurlar arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis  tanınmış futbolçu Maykl Essyenə niyə şans vermədiyi barədə də danışıb: "Onun meydana çıxması planda var idi. Matçın gedişatından çox şey asılıdır. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudur, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30