3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Elşad Əhmədov: “Hər ikisi komandaya rəng qatacaq oyunçulardır”

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov komandasının qış toplanışı barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, klubun rəsmi "Youtube" kanalına danışan mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib:

"Yanvar ayının 2-dən Antalyada təlim-məşq toplanışına yığışmışıq. Hazırlığımız planlı şəkildə davam edir. İki gün hava yağışlı oldu, amma sonradan düzəldi. Ayın 12-nə kimi daha çox fiziki hazırlıq məşqləri üzərində işləyəcəyik. Bundan sonra isə oyunlarımız olacaq".

"Sabah" 3 həftəlik toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən 3-ü artıq bilinir. Debütant yanvarın 12-də Türkiyənin"Əskişəhərspor", 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Gənc mütəxəssis rəqib seçimini bu cür izah edib: "Dörd rəqibimizdən üçü dəqiqləşib, ayın 22-dəki komanda barədə isə tam qərar verilməyib. Hər ölkədən bir klubla qarşılaşmaq istəyirik. Ona görə bu cür rəqiblər seçdik. Çalışırıq ki, 4-cü komanda da başqa bir ölkədən olsun. İlk rəqib olaraq, Türkiyənin birinci liqasında oynayan "Əskişəhərspor"u seçdik. Getdikcə daha yaxşı komandalarla qarşılaşıb, öz gücümüzü bilmək istəyirik".

Qış fasiləsində heyətə cəlb edilən Rəşad Eyyubov və Təmkin Xəlilzadə barədə də danışan Əhmədov onların komandaya xeyir verəcəyinə inandığını söyləyib: "Hələ ki, 2 yerli futbolçu transfer etmişik. Hər ikisi komandaya rəng qatacaq oyunçulardır. Cəmi 8 gündür komanda ilə bir yerdə olmalarına baxmayaraq, yaxşı uyğunlaşdılar. Belə götürəndə, bir-birilərini tanıyan uşaqlardır. Ümid edirəm ki, hər ikisi komandamıza xeyir verəcək". 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31