Ölkə futbolu
"Qarabağ" - "Vorskla": İdeal şans
UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” komandasının Bakıda Ukrayna “Vorskla”sına qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.
Məqalədə E qrupunda yer alan Ağdam və Poltava təmsilçilərinin ilk iki matçda uduzduqları və Bakıdakı qarşılaşmanın onların ilk xallarını qazanmaları baxımından ideal şans olduğu vurğulanıb.
“Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla bərabər, qol da vura bilməyib. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsalar da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzublar – 1:2.
ƏVVƏLKİ GÖRÜŞLƏR
“Vorskla” heç vaxt avrokuboklarda Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” 2014/2015 mövsümündə Avropa Liqasında “Dnepr”lə eyni qrupda yer alıb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən ağdamlılar evdə 1:2 hesabı ilə məğlub olublar.
“QARABAĞ”
2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupuna düşən ilk Azərbaycan klubu olub.
Bu mövsüm isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib - 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 2-də qalib gəldiyi halda, 4-də uduzub. “Qarabağ” Belçika “Anderlext”indən (1:0, 2015/2016) və Yunanıstan PAOK-undan (2:0, 2016/2017) güclü olub.
“Qarabağ” Bakıdakı son 8 avrokubok matçından 2-də qalib gəlib. Bundan başqa, ağdamlılar son 5 ev oyununda qələbə qazanmayıblar. Bunlardan 4-də uduzan Ağdam klubu ötən mövsüm Çempionlar Liqasında İspaniya “Atletiko”su ilə qolsuz bərabərə qalıb.
“VORSKLA”
Poltava klubu 2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutmaqla Avropa Liqasının qrupuna düşüb. Komanda milli çempionatda 1996/1997 mövsümünə təsadüf edən ən yaxşı göstəricisini təkrarlayıb.
“Vorskla” avrokuboklarda 7-ci, qrup mərhələsində isə 2-ci dəfədir iştirak edir. Komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika “Standard”ı (0:0) və Danimarka “Kopenhagen”indən (1:1) xal ala biliblər.
Poltavalılar avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.
KOMANDALAR ARASINDA ƏLAQƏ
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli 2012-ci ilin yanvarında Ukraynanın “Krivbass” komandasından Azərbaycana gəlib. Albaniyalı müdafiəçi 2009/2010 mövsümündə hazırda “Vorskla”da çıxış edən Aleksandr Kobaxidze ilə komanda yoldaşı olub.
“Vorskla” Avropa Liqasının qrupunda keçirdiyi 8 oyunun heç birində qalib gələ bilməyib. Bundan pis göstərici isə “Qəbələ” və Slovakiyanın “Slovan” komandalarına məxsusdur - 12 oyun.
BAŞ MƏŞQÇİLƏR
Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. 46 yaşlı mütəxəssis bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.
Vasili Saçko Ukraynanın yüksək dəstəsində “Volın” və “Krivbass”da çıxış edib. 2008-ci ildə “Vorskla”ya keçən ucaboy (190 sm) mərkəz hücumçusu artıq 10 ildir ki, klubdadır. 43 yaşlı mütəxəssis ilk 4 mövsümü oyunçu, növbəti 2 ili köməkçi-məşqçi kimi keçirib. O, 2014-cü ildən baş məşqçi vəzifəsindədir. Komanda 2017/2018 mövsümündə onun rəhbərliyi altında ölkə çempionatında 3-cü yeri tutub və qrup mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” oyunu saat 20:55-də başlayacaq (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
12.11.2026
11.11.2026
























