Ölkə futbolu
Rəşad Sadıqov: "Dadaşov siyahımda var idi, daha sonra çıxartdım"
"Bizi çətin oyun gözləyir. Bu seçmə mərhələdə istədiyimiz nəticəni qazana bilmədik. Buna baxmayaraq, oyuna çıxıb, yaxşı nəticə əldə etmək istəyirik".
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Norveçlə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Səfər planınız necədir?
- Biz federasiyadan xahiş etdik ki, səfərə bir az tez yollanaq. Çətin səfərdir, yorğunluq olacaq. Ona görə də oktyabrın 13-ü səfərə gedəcəyik, Norveçdə 2 dəfə məşq etmək imkanımız olacaq.
- Norveçlə ilk oyunda bacara bilməmişdik. Bəs, bu matçda nəyə ümid etməliyik?
- İlk oyunu izləyib səhvlərimizi nəzərdən keçirmişik. İlk görüşün ikinci hissəsində 5 dəqiqədə etdiyimiz səhvlərə görə məğlub olduq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq. Rəqibə öz oyununu göstərməyə icazə vermək istəmirik. Bir neçə gənc futbolçumuz da görüşdə iştirak edəcək. Mənim üçün ən vacib amil budur.
- Legioner olan futbolçularımızın əksəriyyəti öz klublarında mütəmadi çıxış etmirlər. Bu haqda nə deyə bilərsiz?
- Bu məsələ məni çox narahat edir. Bizim ən böyük problemimiz budur. Oyunçuların özlərinə də deyirəm ki, oynaya biləcəkləri kluba keçsinlər və ya baş məşqçiləri ilə danışıb, oyun vaxtı əldə etsinlər. Çünki yaxşı nəticələr əldə etmək üçün oyunçularımızın oyun praktikası və fiziki vəziyyəti yaxşı olmalıdır.
- Norveçlə görüş qrupdakı yerimiz cəhətdən heç nə həll etmir. Oyunçulara motivasiya verirsiz?
- Bütün futbolçular millinin adını təmsil edəcəklər. Milli formanı geyinməyin özü artıq motivasiyadır. Meydana çıxıb mübarizə aparmaq lazımdır. Əsas milli komandanın baş məşqçisi Qurban Qurbanov da məşqlərimizi və görüşlərimizi izləyir. Bəzi oyunçular haqda detallı məlumat alır. Bunu oyunçuların özləri də bilir. Daha yaxşı oynayıb əsas milliyə dəvət almalıdırlar. Onlar üçün bundan böyük fürsət ola bilməz. Hər bir oyun onlar üçün şansdır. Artıq bir neçə oyunçumuz üçün bu U-21-də son oyundur. Növbəti mərhələdə bizə yeni futbolçular qoşulacaq. Noyabr ayında Ukraynanın U-21 millisi ilə yoldaşlıq görüşümüz olacaq. Çox güclü komandadır. Həmin oyunda artıq yeni futbolçular iştirak edəcək.
- Renat Dadaşov nə üçün milliyə çağrılmayıb?
- Dadaşov mənim ilkin siyahımda var idi. Sonra siyahıdan çıxardım. Bu qətiyyən “like” məsələsi ilə bağlı deyil. Renat legioner həyatı yaşayır və onunla danışdım, mənə dedi ki, klubunun oktyabrın 14-ü və 19-da oyunu var. Komandasında qalıb, oyunlarda iştirak etmək istədiyini bildirdi. Klubunda daha da qalıb möhkəmlənmək istəyir. Ona görə bir müddət ona fasilə verdim.
- Rahil Məmmədovun əsas millidəki oyunu sizi qabe etdi?
- Onun ilk rəsmi oyunu olduğunu nəzərə alsaq, deyə bilərəm ki, məni qane etdi. Həm də bu oyunda komandanın üzərində böyük təzyiq var idi. Rahil də gənc oyunçudur, düşünürəm ki, dünən yaxşı çıxış etdi.
- Barış Ekincieri əsas oyunçularından biri kimi gördüyünü bildirmişdiniz. Türkiyənin də onu milli komandaya dəvət etmək etimalını nəzərə alsaq, onu necə əldə saxlamağı düşünürsünüz?
- Barış çox bəyəndiyim futbolçudur. Özü ilə də danışmışam, Azərbaycan millisində çıxış etmək istəyir. Amma Barış kimi bir neçə oyunçunun da digər millilərdən təklif almaq ehtimalı var. Çalışırıq ki, münasibət quraq və millimizi seçməyinə yardım edək. (report)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
09.10.2026
08.10.2026
07.10.2026
























