12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

Qurban Qurbanovla Emerinin mətbuat konfranslarının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Arsenal” (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 3-də Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:00-da media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 19:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
“Arsenal”ın baş məşqçisi Unay Emeri saat 18:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. "Arsenal"ın oyunöncəsi son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31