10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

"Qarabağ"ı məğlub etməliyik"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Olimpiya"nın baş məşqçisi İliya Stolitsa açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis cavab matçı üçün optimist olduğunu deyib:
 
"İlk oyundakı nəticə məni üzdü. Ancaq yaxşı mübarizə apardıq. Oyunun son anlarında qol buraxmaq acı verir. Belə məğlubiyyətə layiq deyildik.
 
Rəqibimiz püşkdə düşə biləcək ən güclü komanda idi. Bakıda əlimizdən gələni edəcəyik. Mərhələni adlamaq üçün "Qarabağ"ı məğlub etməliyik. Mən buna optimist yanaşıram".
 
"Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31