10 Mart 2026, Çərşənbə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Ölkə futbolu

"Xəzər Lənkəran"ın sabiq legioneri "Kəpəz"də

Qış fasiləsində bir neçə oyunçu ilə vidalaşan “Kəpəz” heyətinə iki futbolçu cəlb edir.

Futbolxeber.az saytının məlumatına görə, bu, Dieqo Souzadır. 29 yaşlı  futbolçu yanvarın 8-də Bakıya gələcək. Onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Souza ölkəmizə yad futbolçu deyil. 2008-2011-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş yarımmüdafiəçi daha sonra Bakı “İnter”inə keçmişdi. Onun “Xəzər Lənkəran”a 2-ci qayıdışı isə 2015-ci ilin yayında, məhz Yunis Hüseynovun cənub klubuna baş məşqçi təyin olunduğu dövrə təsadüf edir. Souza 2015-2016 mövsümündə isə "Zirə"də çıxış edib.

“Kəpəz"in digər transferi isə Tərzin Cahangirovdur. Son klubu "Neftçi" olan yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə imzalanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31