Ölkə futbolu
13-cü start, 54-cü sınaq
Bu həftə Azərbaycan kubokunda 2017/2018 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klublar bu raunddan mübarizəyə başlayacaq. “Qəbələ” 1/4 finala vəsiqə uğrunda matçda I divizion təmsilçisi “Mil-Muğan”la görüşəcək. İmişli klubu ilə görüş noyabrın 29-da keçiriləcək.
Bu, iki komanda arasında 3-cü duel olacaq. Əvvəllər də Azərbaycan kubokunun 1/8 finalında üz-üzə gələn “Qəbələ” və “Mil-Muğan” həm 2013, həm də 2015-ci ildə qarşılaşıb. Hər iki matç Qəbələ şəhər stadionunda keçirilsə də, razılaşmaya əsasən 4 il öncəki oyunun meydan sahibi İmişli klubu sayılıb. Hər iki görüşdə “qırmızı-qaralar” qalib gəlib. Hazırda da “Qəbələ”də çıxış edən Asif Məmmədov həmin qarşılaşmalarda qol vuran oyunçulardan biridir.
2013/14 mövsümü, 1/8 final
04.12.2013. “Mil-Muğan” (İmişli) - “Qəbələ” - 1:2
Elnur Məmmədov, 1 // Leonardo da Silva, 15 (p.); Abdulvahid Afolabi, 18
2015/16 mövsümü, 1/8 final
03.12.2015. “Qəbələ” - “Mil-Muğan” (İmişli) - 7:0
Derlis Meza Kolli, 6; Ruslan Abışov, 16; Fakundo Pereyra, 22; Rikardinyo, 42; Ermin Zets, 44; Vaqif Cavadov, 58; Asif Məmmədov, 83
Ümumilikdə isə Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 13-cü dəfə bu yarışda mübarizəyə başlayacaq. Əvvəlki 12 mövsümdən ikisində finala (2013/2014, 2016/17), üçündə yarımfinaladək (2007/2008, 2008/2009, 2015/16) irəliləyən “qırmızı-qaralar” 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıb. “Qəbələ” yalnız 3 dəfə 1/8 final səddini adlaya bilməyib. Bu, 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində yaşanıb.
Ölkə kubokunda indiyədək 53 oyun keçirən “Qəbələ” 26 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 10 dəfə uduzub. Turnirdə 84 qol vuran komandamız 45 top buraxıb.
Komanda kubokda 29-cu ev matçına çıxacaq. Öz meydanında keçirdiyi əvvəlki 28 oyunda 16 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 3 dəfə məğlub olub. Qonaqların qapısından 54 top keçirən “Qəbələ” 18 qol buraxıb.
Bu 53 qarşılaşmada “Qəbələ”nin heyətində 172 futbolçu meydana çıxıb. Komandanın rekordçusu Ürfan Abbasovla Samir Zərgərovdur. Onların hesabında 18 oyun var. Dodo 15, Viktor Mendi və Azər Həşimov hərəyə 13 kubok matçında forma geyiniblər.
Kubokda vurulan 84 qola komandanın 48 futbolçusu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Aleksey Qay, Viktor Mendi, Daniel Subotiç və İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər.
Azərbaycan kuboku
1/8 final, 29 noyabr (çərşənbə)
14:00. “Qəbələ” - “Mil-Muğan”
Qəbələ şəhər stadionu
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:53
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
02.10.2026
01.10.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























