22 Mart 2026, Bazar günü
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

Qurban Qurbanovdan istefa qərarı

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Futboxleber.az saytının məlumatına görə, bu haqda qol.az-a açıqlamasında Q.Qurbanov özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Q.Qurbanov bildirib ki, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.

Xatırladaq ki, Q.Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31