27 Mart 2026, Cümə
U-21 millimiz Portuqaliyaya qəbul edir
Qapı bağlı qalıb... qapıçılarımıza
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Nicatın atası: “Uşaqlıq heç nə yoxdur”

“Hadisənin təfərrüatı barədə məlumatsızıq. Mənə elə gəlir ki, uşaqlıq heç nə yoxdur”.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt”ın oğurluğa görə tutulmuş futbolçusu Nicat Muxtarovun atası Asif Muxtarov deyib. O bildirib ki, N.Muxtarovun ötən mövsümün sonlarında AFFA İntizam Komitəsi tərəfindən kəsilmiş cəriməni ödəmək üçün oğurluq etdiyi də həqiqətə uyğun deyil: "Həmin cərimə klub tərəfindən də ödənilməyib".

Sürücü işlədiyini deyən A.Muxtarov futbolla bağlı məsələlərdən dərin təsəvvürünün olmadığını da əlavə edib. Bu səbəbdən, o, geniş danışmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31