18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Təmkin Xəlilzadə: "Ciddi həyəcan yox idi"

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazanılan qələbədən (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az yığmada debüt matçına çıxan futbolçunun müsahibəsini təqdim edir:
 
- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.
 
- 5 qol vurmağınız gözlənilməz olmadı?
 
- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdı. Futbolçular bu matçda əllərindən gələni etdilər.
 
- Debüt matçın necə keçdi?
 
- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.
 
- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...
 
- Qələbədə pay sahibi olmaq əla hissdi. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudu. Mənim və ya başqasının qol vurmasının ciddi əhəmiyyəti yoxdu.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31