Ölkə futbolu
Rövnəq Abdullayev: "Əsas hədəfimiz Avro-2020-də uğur qazanmaqdır"
AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - San Marino (5:1) oyunundan sonra brifinq keçirib. Futbolxeber.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Oyun barədə fikirlərini necədir?
- Normal, yaxşı futbol oynadıq. Oyuna yaxşı hazırlaşmışdıq. Norveçlə oyundan sonra belə qələbə yerinə düşdü, azarkeşlərimiz sevindi.
- Millimizin 5 qol vurması sizin üçün gözlənilməz olmadı?
- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya ən azı 3 qol vurmalıyıq. Bildiyimə görə, heç vaxt 5 qolla qalib gəlməmişdik, həmçinin də qruplarda 10 xal qazanmamışdıq. Düzdür, qrupdan çıxmaq üçün şansımız qalmayıb. Amma autsayder olmamaq da yaxşı göstəricidir.
- Stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Bu fikirlə razısınız?
- Bərbad deyil. İstidə nəinki ot, insan da yanır. Düşünürəm ki, stadion normal vəziyyətdədir. Hava sərinləyən kimi, ot örtüyünün də vəziyyəti düzələcək.
- Qrup mərhələsəi başa çatmaq üzrədir. Millinin nəticələri ürəyinizcədir?
- Hamı istəyir ki, irəli gedək. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və bu, bizim üçün böyük uğurdur. İstəyirik ki, milli komandamız və klublarımız yüksək nailiyyət göstərsinlər. Biz də bunun üçün əlimizdən gələni əsirgəmirik.
- Yığmamız qrupda 10 xal qazanmaqla yeni rekord müəyyənləşdirdi. Bu, növbəti seçmə mərhələ üçün məsuliyyəti artırmır?
- Rekordları kənarda qoymalıyıq. Bunlar futbolda baş verən hadisələrdir. İlk dəfə bu qədər xal toplamışıq və bunun davamını gətirmək üçün çalışmalıyıq. Gəlin, millini çox tərifləməyək. Çünki uşaqlar orbitdən çıxandan sonra özlərini ələ ala bilmirlər. Qarşıdakı oyunları gözləməliyik və qələbələrə ümid etməliyik. Norveçlə oyunda qələbə qazanacağımıza inanırdıq, amma alınmadı. Seçmə mərhələnin sonunu gözləyək və sonra oyunlarımızı analiz edəcəyik. İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsınız (gülür). 2020-ci ilin Avropa çempionatının qrup mərhələsinin bir neçə oyunu Bakıda keçiriləcək. Biz komandamızı gücləndirmək üçün çox çalışırıq və əsas hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında uğur qazanmaqdır. Perspektivli futbolçularımız var və ümid edirik ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- "Arsenal" büdrədi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
-
18:56
“Neftçi” yenidən vahid lider oldu, "Qarabağ" büdrədi
-
18:28
Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
-
18:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:32
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
-
17:14
Vernidub qələbəni şərh etdi
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
24.11.2026
23.11.2026
22.11.2026
























