Ölkə futbolu
Rəşad Sadıqov: "Birinci günahkar mənəm"
Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Norveç yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az-ın "Report"a istinadən yaydığı məlumata görə, 35 yaşlı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib.
- Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Matça pis başlamamışdıq. Çox yaxşı çıxış etməsək də, rəqibə oynamaq imkanı vermir, meydanda boşluqlar buraxmırdıq. Oynamaq imkanı verdikdə isə norveçlilər hücumlarını uzaqdan zərbələrlə tamamlayırdılar. İlk hissədən sonra paltardəyişmə otağında söhbət oldu. Baş məşqçi Robert Prosineçki bizi motivasiya etdi. İkinci hissədə daha açıq futbol oynamağa başladıq. Bu tip rəqiblərlə açıq oynadıqda istər-istəməz müdafiədə və yarımmüdafiədə boşluqlar verirsən. İkinci hissədə rəqibə o qədər də təzyiq göstərə bilmədik. Nəticədə cərimə meydançamızın yaxınlığında boşluqlar yarandı. Bununla belə, fürsətlərdən daha yaxşı yararlansaydıq, buradan bəlkə də xalla ayrıla bilərdik. Rəqibin də qol imkanları var idi. Ümumilikdə oyun haqda nəsə deməkdə çətinlik çəkirəm.
- Sizə elə gəlmirmi ki, "Qarabağ"ın futbolçularında bir qədər yorğunluq var idi?
- Niyə siz yalnız "Qarabağ"ın futbolçularında deyirsiniz?
- Çünki hər iki qolda "Qarabağ"ın futbolçuları həlledici rol oynadı...
- Problem ondadır ki, biz yalnız son nöqtəyə baxırıq. Hamı deyir ki, avtoqol oldu. Amma o qoladək nələrin baş verdiyini demirik. Cərimə meydançasında topa həmlə edirdik. Hər şeyi daha detallı analiz etmək lazımdır. Təbii ki, rəqib hücumlara çıxırsa və bizi paramparça edirsə, son mövqedə bizik. Axırda daş bizim - ya mərkəz müdafiəçilərinin, ya da qapının başında çatlayır. Bu oyunda da elə alındı ki, mərkəz müdafiəçiləri ön planda oldu. Həmlə etmirsən, qapından qol keçir, həmlə edirsən, qapı ilə arandakı bir-iki metrlik məsafədə istər-istəməz ani texniki səhv qapına vurulan qolla nəticələnir. Ümumiyyətlə, millidən danışanda "Qarabağ", "Qəbələ", "Neftçi" və ya digər komandanın futbolçuları mövzusuna yer verməmək lazımdır. "Qarabağ"ın futbolçuları meydanda sonadək mübarizə apardılar. Amma ola bilsin, hardasa texniki səhvlər oldu. Nəsə alındı, nəsə alınmadı.
- "Qarabağ"ın futbolçuları yaxşı oynayanda tərifləyirik. Tərifi qəbul etdiyiniz kimi tənqidlə də barışmalısınız...
- Bu gün milli komandanı tənqid ediriksə, bunu qəbul edirəm. Amma sırf "Qarabağ"ın futbolçularını ayırmağınızla razılaşmıram. Millidə olduğum vaxt mənə "Qarabağ"dan sual verəndə qəbul edə bilmirəm. Mən burada millinin futbolçusuyam. Nə səhv edirəmsə, bu forma altında edirəm. Sabah yaxşı oynadıqda bunu "Qarabağ"ın futbolçularının ayağına yazmağın tərəfdarı deyiləm. Yaxud nəticə olduqda "Qarabağ"ın futbolçuları çoxluq təşkil edirdi" fikirlərinə qarşıyam. Yaxşı da, pis də millinin futbolçularının ayağına yazılır. Biz "Qarabağ"dan əvvəl yığmanın futbolçularıyıq.
- Son 3 ildə Norveçə qarşı 4-cü oyunu keçirdin. "Bu, ən zəifi oldu" fikrini qəbul edirsən?
- Qol həmişə oyunun gedişatına təsir edir. Norveçlə matçlarda həmişə kompakt müdafiə olunmuşuq. Sıxlıq yaratmışıq, boşluqlar verməmişik. Sadəcə, buraxdığımız texniki səhvdən sonra hesabda geri düşdük. Bundan sonra isə açılmağa başladıq. Açıldıqda isə yaxşı çempionatlarda çıxış edən sürətli hücumçulara qarşı istədiyin oyunu sərgiləyə bilmirsən. Buna görə də risk etməli olursan. 10 il əvvəlki vaxtımız olsaydı, bəlkə də meydana yenə müdafiəçi buraxacaqdıq, müdafiədən oynayacaqdıq. 0:1 hesablı məğlubiyyəti yaxşı nəticə sayıb rəqibə qol şansı vermədiyimizi qabardacaqdıq. Amma bu gün sevindirici haldır ki, milli təslim olmur, nəticə qazanmaq istəyir, baş məşqçi də futbolçulardan qabağa gedib qol vurmağı tələb edir. Bu halda da təbii ki, boşluqlar verəcəyik. Biz, bu sürətdə futbol oynamırıq. Bizim çempionat oyunları bu sürətlə getmir, Azərbaycan çempionatında bu cür hücumçulara qarşı oynamırsan. Bəlkə də hələ Çempionlar Liqasında da bu cür hücumçulara qarşı oynamamışıq. Norveç yaxşı komandadır, amma özünüz də gördünüz ki, qola kimi onlara boşluq vermirdik. Çünki sıx müdafiə olunurduq. Amma qoldan sonra cərimə meydançamıza daha rahat daxil olmağa başladılar.
- Bu gün həm də artıq “Qarabağ”ın futbolçusu olan Tarik Elyunussiyə qarşı oynadınız. Yeni komanda yoldaşının oyunu haqda hansı sözləri deyə bilərsən?
- Düzü, bu dəqiqə “Qarabağ” haqqında nəsə danışmaq istəmirəm. Transfer olunub, xeyirli olsun. Biz millinin düşərgəsində olduğumuz üçün xəbərsiz idik. Heç mən özüm də bilmirdim, bir az olar eşitdim. Bu dəqiqə mənim üçün önəmli də deyil.
- San Marino ilə oyunda Bədavi Hüseynovun yoxluğu nə dərəcədə hiss olunacaq?
- Əslində bizim bütün problemlərimiz Şimali İrlandiya ilə oyundan başlayıb. Təlim-məşq toplanışına gələndə də komandada əvvəlki ruh yüksəkliyi yox idi. Hamıda ruh düşkünlüyü var idi. Şimali İrlandiyaya məğlubiyyət bizə böyük zərbə oldu. Əminəm ki, həmin oyunda məğlub olmasaydıq, bu gün Norveçə qarşı tamam başqa oyun sərgiləyəcəkdik. Halbuki o oyuna kimi qrupdan çıxmaq şansımız var idi. Millimizdə digər layiqli futbolçular da var və ümid edirəm ki, onlar Bədavini layiqincə əvəzləyəcək. Çox istəyirik ki, San Marinoya qalib gələk və xal sayında rekord nəticə əldə edək. Qrup oyunları yeni başlayanda tamam başqa şeyləri fikirləşirdik, amma indi ən yaxşı halda 3-cü pillə haqda düşünə bilərik. Sona qədər mübarizə aparmaq lazımdır.
- Dedin ki, hər şey Şimali İrlandiya məğlubiyyətindən sonra başladı. Bəs həmin dövrlərdə Prosineçkinin milli komandadan gedəcəyi, “Bursaspor”la razılığa gəldiyi haqda yayılan məlumatlar necə, millinin nəticələrinə təsir etdi?
- Bunlar futbolun içində olan şeylərdir. Futbolçuya da təkliflər olur, baş məqşçiyə də. Bu gün fakt odur ki, baş məşqçi bizimlədir, komandasının başındadır. Gələcəkdə nəyin necə olacağını isə öncədən heç kim deyə bilməz. İnanmıram ki, o söhbətlərin Prosineçkinin millidəki işinə təsiri olsun. Belə hallar klublarda da olur.
- Yəni, onda heç bir dəyişiklik yoxdur və əvvəlki Prosineçkidir?
- Bəli, həmin istəkli Prosineçkidir və həmişəki kimi bizdən qələbə istəyir. Uduzanda da futbol oynayıb məğlub olmağımızı istəyir. Sadəcə, biz futbolçuların səviyyəsi budur. Konkret olaraq, Şimali İrlandiyaya Bakıda uduzmağımızdan danışırıqsa, həmin məğlubiyyətə görə ən çox özümü günahkar sayıram. 90+2-ci dəqiqədə topu cərimə meydançasından uzaqlaşdıra bilmədiyimə görə ömrümün sonuna kimi özümü günahkar sayacağam. Çünki qrupdan çıxıb dünya çempionatına qatılmağı hamıdan çox mən istəyirdim. Amma uzatma dəqiqələrində buraxdığımız qolla şanslarımızın üstündən də xətt çəkdik. Günahkar axtarırıqsa, birinci günahkar mənəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:53
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz tatamiyə çıxacaq
-
09:31
Azərbaycan kubokunda 2026/27 mövsümü start götürür
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
07.10.2026
06.10.2026
05.10.2026
























