Ölkə futbolu
Media Komitəsinə medianın münasibəti (SORĞU)
Futbolxeber.az-ın məlumatına görə, Sport24.az saytı Media Komitəsinin İdarə Heyətində yaranan vakant yerə namizədin komitədə minimum 6 ay təmsil olunması və ali təhsil diplomunun tələb olunması kimi şərtlərin Əsasnməyə zidd olduğunu əsas götürərək, yaranmış duruma münasibəti elə idman mediasının nümayəndələrindən soruşub.
Sual belədi: Vakant yerə namizədlik üçün Əsasnamədə əksini tapmayan minimum 6 ay üzvlük və ali təhsil haqda diplomun təqdim olunması şərtləri Əsasnaməni pozub. Buna münasibətiniz?
Emin Abbasov (sportal.az saytının təsisçisi): "Ümumiyyətlə, belə bürokratik əngəllərin nədən qaynaqlandığını anlamıram. Media Komitəsi ətrafında ölkənin üzdə olan bir sıra idman jurnalistləri toplaşıb. Qabaqcıl fikirli, hər məsələyə dərin baxış ortaya qoya biləcək insanların prosesləri nə üçün bu qədər qəlizləşdirdiyini anlaya bilmirəm. MK-nın İdarə Heyəti üzvləri arasında təcrübəsi, aktiv fəaliyyəti ilə seçilən, bu camiədə sözünün çəkisi olan şəxslər təmsil olunmalıdırlar. Mənə elə gəlir ki, MK-da bəziləri hələ də məmur təfəkkürü çərçivəsindən çıxa bilmirlər. 1 ay, 6 ay və ya 1 il... Əgər hansısa namizəd MK üçün xeyirli olacaqsa, 1 gün də onun qəbul olunması üçün yetərli olmalıdır. Rəqəmlərə yox, reallığa baxmaq lazımdır!”
Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): “Media Komitәsinin İdarә Heyәtindәn yenicә istefa vermişәm. Ola bilәr, belә mövzularda münasibәt bildirmәyim birmәnalı görünmәsin, ancaq ortada problemli situasiya yaranıb vә mәn mövqeyimi bildirmәyә bilmәrәm.
İH idarәedici funksionallıq daşıyır vә buna görә dә, Əsasnamә ilә şablon hәrәkәt elәmәmәk mәntiqәuyğundu.
Ancaq verilәn qәrara narazılıq kütlәvidirsә vә buna cavab olaraq, Əsasnamәylә cavab vermәk mümkün olmursa, onda İH qәrarın kütlәvi narazılıq tonuyla hesablaşmalıdır.
Necә?
Açıq görüş keçirilmәli vә orda İH ilә narazılar/üzvlәr arasında problemin polemikası olmalıdır.
Mәn açıq görüşün tәrәfdarıyam. Orda deyәcәklәrim, soruşacaqlarım, aydınlıq gәtirilmәsini istәdiklәrim var”.
İxtiyar Əsgərov (apasport.az saytının baş redaktoru): “Qeyd etdiyiniz bəndlərdə Əsasnaməni yalnız AFFA İcraiyyə Komitəsinin dəyişdirmək hüququna sahib olması qeyd olunub. Əgər Media Komitəsi AFFA-da hörmətli, ciddi qurumdursa, İcraiyyə Komitəsi üzvləri yaxın günlərdə toplaşıb, bu qərarı təsdiq etməlidi. Ancaq qərarın geriyə təsir etmək qüvvəsi yoxdu. Hesab edirəm ki, Media Komitəsinin İdarə Heyətinin bu cür qərarlar çıxarmaq hüququ yoxdu”.
Əlisahib Əliyev (fanat.az saytının baş redaktoru): “Əslində heç vaxt Media Komitəsinə dair mövqe bildirməmişəm. Ancaq bu, həmkarlarımızın keçirdiyi və qoşulduğu bir sorğu olduğu üçün sualınızı cavablandıracam. AFFA yanında Media Komitəsinin İdarə Heyəti idarə olunan qurumdu. İdarə Heyətinin Əsasnamədə dəyişiklik etmək kimi hüququ yoxdu. Çünki elə həmin Əsasnamədə göstərilib ki, bu müstəsna hüquqa yalnız AFFA İcraiyyə Komitəsi, dolayısı ilə Elxan Məmmədov malikdi. Bu cür yanaşmayla, İdarə Heyəti sabah daxili qərar çıxara bilər ki, bir daha seçki keçirilməsin və hazırki heyət əbədi olaraq, tutduqları postda qalsınlar. Göstərdiyim səbəblərə görə də Media Komitəsinin İdarə Heyətinin sözügedən qərarlarını absurd hesab edirəm”.
Vüsal Mahmudov (futbolinfo.az saytının baş redaktoru): “Hazıda İdarə Heyətində olan dostlarımızdan da diplomsuzlar, amma diplomlularla müqayisədə jurnalistikaya daha çox fayda verənlər var. Bu insanlar deyəsən, başını itirib. Özlərini biabır edirlər, idman mediasını da üz-üzə qoyurlar. Deyəsən, alternativ, daha işlək qurum yaratmayınca bunlar ağıllanmayacaq. Tələb etsinlər, normaldı, amma bir öz sıralarına da baxsınlar. Bir-birinə hörmətsizlik edirlər. Orada olan bacarıqlı, istedadlı dostlarımız da var, amma deyəsən, onlar da vəzifə (ona vəzifə demək olarsa) şirinliyinə aldanıb, qəflət yuxusuna geriblər. Pul bölməklə iş olmur, bataqlıqda olan medianın dirçəlməsinin qayğısına qalsınlar.
İlkin Baba (premyer.az saytının baş redaktoru): Açıq etiraf edim ki, rəhbəri olduğum Premyer.az saytı AFFA yanında Media Komitəsinə üzv olduğu müddətdən bəri konkret saytımıza qarşı hər hansı ikili standartlar tətbiq olunmayıb. Media Komitəsinin Əsasnaməsi ilə tam tanış olmadığım üçün məsələyə münasibət bildirməkdə çətinlik çəkirəm. Yaxşı olardı ki, yaranan bu problemlərlə bağlı MK-nin sədri və ya üzvləri rəsmi şəkildə açıqlama versin. Mənə görə ali təhsil məsələsi ilə bağlı MK haqlı mövqedədir. Razılaşaq ki, idman mediasında az qala orta təhsili belə olmayan “həmkarlarımız” çalışır (Söhbət futbolxeber.az saytının əməkdaşı Fərəc Aslanovdan getmir). Həmin şəxslərin təqdim olunan layihələrə mentor təyin olunması və işimizi qiymətləndirməsi absurddur”.
Murad Axundov (sportbox.az saytının əməkdaşı): Məsələnin bir tərəfi maraqlıdır: İdarə heyətinə keçirilən seçkilər zamanı namizədlərdən ali təhsilin olub-olmaması soruşulur yoxsa, yox. Təəssüf ki, Əsasnaməni şəxsən oxumamışam, hətta onu harda tapmalı olduğum yeri belə bilmirəm. Və mən əminəm ki, media nümayəndələrinin 90 faizinin Əsasnamədən xəbəri yoxdur. Belə olan halda, Media Komitəsi özü bu yöndə iş görməlidir. Digər tərəfdən, Media Komitəsinin İdarə Heyətinin işi sadəcə, qərar verməkdir. Düşünürəm ki, bunun üçün nə 6 ay, nə də ali təhsil vacibdir. Hazırda idman mediasında stabil sayt çox azdır. Bu, o demək deyil ki, orada çalışan jurnalistlər də dünən peyda olublar. Əsas odur ki, bütün idman mediasının da olmasa, əksəriyyətinin hörmət və qəbul etdiyi insanlar İH-də təmsil olunsunlar”.
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): Açığı, konkret bu məsələyə münasibət bildirməkdə çətinlik çəkirəm. Bizim "Komanda.az" olaraq bu günə kimi Media Komitəsiylə hansısa problemimiz, anlaşılmazlıq olmayıb deyə, heç vaxt Əsasnamənin, digər maddələrin, nə bilim, bəndlərin də xırdalığına varmamışam. Media Komitəsinin güclənməsini, bütün idman mətbuatının bu komitənin ətrafında sıx birləşməsini, Media Komitəsinin həmişə ədalətli qərarlar verməsini arzulayıram. Bizə qarşı ədalətsiz qərar görmədiyimi də vurğulayım. Hansısa media qurumunun da son sözü demək, son sözü eşitmək üçün Media Komitəsinə üz tutmasını diləyirəm”.
Saleh Arslan (korner.az saytının baş redaktoru): “Açığı, 6 ay məsələsi ilə bağlı Media Komitəsinin mövqeyiylə tanış deyiləm. Güman edirəm ki, buna məntiqi izahları var. Əsasnamədə əksini tapmaması təəccüb doğurmamalıdır, çünki hər şeyin detallarına qədər Əsasnaməyə salınması mümkün deyil. O ki qaldı ali təhsili olmayanların İdarə Heyətinə üzvlüyə namizədliyini verə bilməməsinə, bu məsələni dəstəkləyirəm. Özünüz də idman mediasının nüfuzlu nümayəndələrindənsiniz və idman mətbuatında savadlılıq baxımından bugünkü vəziyyətinin nə qədər acınacaqlı olduğunu yaxşı bilirsiniz. Bununla orta təhsilliləri aşağılamaq fikrim yoxdur, buyurub redaksiyalarla əməkdaşlıq etsinlər, çalışsınlar, amma söhbət hansısa qurumun rəhbərliyində təmsil olunmaqdan gedirsə, gərək hamı öz yerini bilsin.
Saytınızla Media Komitəsi arasında yaşanan son hadisələr məndə acı təəssüf yaradır, ümid edirəm, ortadakı anlaşılmazlıq tezliklə həllini tapar. Çünki idman mətbuatının həm sizə, həm də Media Komitəsinə ehtiyacı var”.
İbrahim Cəfərov (futbolxeber.az saytının baş redaktoru): “Əsasnamənin pozulmasi birmənalı şəkildədi. Qəbul edilən hər iki qərar absurddu! Diplom məsələsi ilə bağli Futbolxeber.az saytı olaraq biz də etirazımızı bildirmişik. Bir daha bəyan edirik ki, Əsasnamədə diplomla bağlı hər hansı bənd yoxdu. Mən özüm dəde vaxtı ilə namizəd olmuşam ve diplomumun olub-olmadığı ilə heç kim maraqlanmayıb. Komitənin bu addımı “Burda mənəm, Bagdadda kor xəlifə” prinsipinə oxşayır. Yaxşı olardı ki, AFFA bu məsələyə münasibət bildirsin. Bu komitə mətbuatın inkisafı üçün yaradılıb. Kiminsə şəxsi komitəsi deyil ki, istədiyini etsin. Hələ bəzi məsələlər, şoklar var ki, vaxtı çatanda onları da üzə çıxaracağıq. Bütün azad mətbuat orqanlarını, ayda gələn 300, 400, 500 manatı itirməkdən qorxmayan, haqqın tərəfində olan həmkarlarımı məsələyə obyektiv reaksiya verməyə çağırıram”.
İlkin Vidadioğlu (sportmedia.az saytının baş redaktoru): “Fikrimcə, hər iki şərt İdarə Heyətində təmsil olunmaq istəyən şəxslər üçün məntiqli və düzgündü. Çünki ali təhsili olmayan İH üzvü komitənin üzvlərinə layihələr zamanı necə mentorluq edə bilər? Ümumiyyətlə, ali təhsili olmayan şəxsin jurnalistikada nə işi var? 6 ay üzv olma şərti isə Komitədəki iş prosesinin necə getdiyini mənimsəmiş və bu işdə təcrübə sahibi olmuş jurnalist olması baxımından düzgün hesab edirəm. Amma bütün bu şərtlər Əsasnaməyə uyğun olmalıdı. Əsasnamədə belə şərt yoxdursa, bu, Əsasnamədəki boşluq kimi dəyərləndirilirsə, o zaman ilk olaraq əsasnamədə dəyişiklik edilməlidi. Əsasnaməyə ediləcək dəyişikliyi isə ümumi üzvlər arasında səsvermə yolu ilə aparılmağının tərəfdarıyam. Səsvermənin nəticəsindən asılı olaraq şərtlərin dəyişilməsi daha doğru olar.
Əsasnaməyə əsasən AFFA İK ancaq dəyişiklik və əlavələri təsdiqləyib və təsdiqləməyə bilmək hüququnu özündə saxlayır. Onu da qeyd etmək lazımdı ki, MK çox gənc qurumdu, hamımız boşluqların aradan qaldırılması və bu komitənin inkişafı üçün əlimizdən gələni etməliyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
13.11.2026
12.11.2026
























