Ölkə futbolu
Qurban Qurbanov: “Görmədiyiniz çox şey var, danışmaq istəmirəm”
Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabı ilə uduzub. “Azərsun Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərhə edib:
- Rəqibi təbrik edirəm. Futbolçular bu gün çox əziyyət çəkdilər. Bu oyunda çatışmayan cəhətlərimiz çox idi. Bunları düzəltməliyik. Çalışıb, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Çempionatın sonuna hələ var. Oyunların sayı get-gedə azalır. Rəqibə bundan sonrakı oyunlarda uğurlar arzulayıram.
- Son 2 oyunda, sanki, “Qarabağ”da nəsə çatmır. Bəlkə, Dani Kintananın yoxluğu komandanın oyununa təsir edir?
- Təkcə son iki oyunda yox, son oyunlarda çatışmazlıqlar var. Təkcə Dani Kintana yox, başqa itkilərimiz də var. Maksim Medvedev zədəlidi. Ağabalanın da zədəsi var idi. Dino Ndlovu məşqdə zədə alıb. Dünənə kimi xəstəxanada idi. Bu gün çıxıb. Əfranın isə ailəsində, xəstəliklə bağlı problem var. Hazırda İstanbuldadı. Optimal heyət formalaşdırmaq çətin idi. Təcrübəsi az olan oyunçulara şans verməyə məcbur oldum. Buna görə, futbolçuları çox tənqid etmək istəmirəm.
- Azarkeşlərlə Rəşad Sadıqov arasında bir dialoq oldu. Sanki etiraz edirdilər...
- Bunu görmədim. Ancaq mənə etiraz etdiklərini eşitdim. Transferlə bağlı etiraz edirdilər. Bunu normal qarşılamalıyıq. Təkcə məşqçilər, futbolçular yox, hamımız məğlub olmağı da bacarmalıyıq. İllərdi bu komanda üçün əlimizdən gələni edirik. Uğursuzluqdan sonra bu cür hallar ortaya çıxır. Ailədə də uşağa hər istədiyini verirsən, sonra nəsə çatışmayanda etiraz edir. Azarkeşlərin də müəyyən qədər haqqı var. Futbol elə həddə çatıb ki, hətta ən böyük klublar belə bəzən 4-5 top fərqi ilə uduzur. Çünki hamı işləyir, özünü inkişaf etdirir. Dediyim kimi bu cür halları normal qarşılayıram. Ancaq məni yaxşı tanıyırlar. Məncə, belə etirazları öz aramızda həll etsək, daha yaxşı olar. Belə etirazları rəqib azarkeşlər önündə edərək onları sevindirməməlidilər.
- Bugünkü məğlubiyyət sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Məğlubiyyəti həmişə gözləyirəm. Rəqib oyunu əks-hücum üzərində qurmuşdu. Bir neçə qol fürsətindən yararlana bilmədik.
- Gəncədə keçirilən oyunun nəticəsini futbolçuların bilməsinin bu oyuna təsiri oldu?
- Hamımız bu oyunu düşünürdük. Gəncədəki oyunun təsiri olduğunu düşünmürəm.
- Armenteros Hollandiyaya yollandıqdan sonra ayağı açılıb. Problem “Qarabağ”dadı, ya oyunçuda?
- O, “Qarabağ”a gələndə hamı narazı idi. Ancaq biz yalnız transfer etməmişdik. Bizim çempionat çətindi. Bizdə futbol mentaliteti fərqlidi. Burada tam fərqli oyun üslubları var. Burda həmin oyunçulardan burda daha çox nəticə tələb olunur, nəinki Hollandiyada. Orada bu məsələlərə azarkeşlər tam başqa cür yanaşırlar. Bəlkə, ölkəyə uyğunlaşa bilməyiblər. Bu, futbolun yazılmamış qanunlarıdnan biridi.
- Şəhidlər Xiyabanına getməyiniz təqdirəlayiq hal olsa da, bəzi oyunçuların getməməsi söz-söhbətə səbəb oldu...
- Biz hər il Şəhidlər Xiyabanını ziyarət edib, futbolçulara məlumat veririrk. Klubun bazasında da vitse-prezident Tahir Gözəllə futbolçular arasında görüş olmuşdu. Tahir bəy hətta bu barədə həm azərbaycanca, həm də ingiliscə məlumat verdi. Öz gördüyümüz işləri çox reklam etmək istəmirik. Hamı bilir şəhidlərə, onların ailələrinə münasibətimiz necədi. İnsanlara xoş gəlmək üçün hansısa addım atmaq istəmirəm. Bəzi şeyləri demək istəmirəm. Klubun köçkünlərə nə qədər yardım etdiyini açıqlamaq istəmirik. Elə bilməyin ki, bu məsələlərə laqeyidik. Görmədiyiniz çox şey var ki, bu barədə danışmaq istəmirəm.
- Riçard Almeydanın millidə oynamasıyla bağlı razılıq əldə olundu.
- Bəli, razılıq əldə olundu. Ona uğurlar arzulayıram. Özümüz də get-gedə ona azərbaycanlı kimi baxmağa başlayırıq. Bizim mentalitetə daha çox uyğunlaşıb. Elə oyunçular var ki, bu cəhətdən uyğunlaşa bilmir. Millinin məşqçiləri baxıb, yığmaya kömək olacağını düşünüblər. İstərdik ki, uğurlu alınsın. Məncə düzgün addımdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
26.10.2026
25.10.2026
























