Ölkə futbolu
Millimiz üçün həyəcan siqnalı: ruslarla oyundan öncə ciddi problemlər var
Martın 24-də 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, gənclər yığmamız Rostovda Rusiya millisinin qonağı olacaq. Noyabrda Bakıda baş tutan görüşdə Yaşar Vahabzadənin komandası rusları 3:0 hesabı ilə darmadağın edib. Bu məğlubiyyət Rusiyada böyük əks-səda doğurmuşdu. Təsadüfi deyil ki, həmin yenilgidən sonra Rusiya Futbol İttifaqının rəhbərliyi böyükhesablı yenilgini biabırçılıq kimi qələmə vermişdilər. Rusiyanın U-21 millisinin baş məşqçisi Dmitri Xomuxa da vəzifəsindən qovulmuşdu. Geridə qalan müddətdə ruslar martda baş tutacaq oyuna çox ciddi hazırlaşırlar. Komanda yanvarda “Birlik Kuboku”nun qalibi oldu.
Azərbaycan millisi isə Türkiyədə baş tutan “Antalya Cup”da birinci pilləyə sahib çıxdı. Rostovda keçiriləcək oyunda yığmamıza ümidlər böyükdü. Yaşar Vahabzadənin komandası səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaq. Lakin martın 24-də baş tutacaq görüşdən öncə komandamızda ciddi problemlər var. Vəziyyət o həddə çatıb ki, Yaşar Vahabzadə hansı futbolçulara dəvət göndərəcəyini bilmir. Vacib matçdan öncə yığmanın əksər üzvləri oyun praktikasının yoxluğundan əziyyət çəkirlər.
Başlayaq qapı xəttindən. U-21-in əsas qapıçısı olan Şahruddin Məhəmmədəliyev qışda “Sumqayıt”ı “Qarabağ”a dəyişdi. Əvvəlki klubundan fərqli olaraq, Ağdam klubun gənc qapıçı əsas heyət üzvü deyil. Düzdü, 2 gün əvvəl ölkə kuboku çərçivəsində sabiq klubuna qarşı baş tutan görüşdə Məhəmmədəliyev meydana çıxmışdı. Daha əvvəl isə U-21-in əsas qolkiperi 1 çempionat oyununda forma geyib. Şahruddin 2 oyunda meydana çıxdığı halda, U-21-in digər qapıçısı Tərlan Əhmədli gününü ehtiyat oyunçular skamyasında keçirir. Səlahət Ağayev “Sumqayıt”a keçdikdən sonra bütün oyunlarda start heyətində yer alıb. Əhmədli isə ehtiyatda qalır. Yanvarda Antalya toplanışına dəvət alan Rəşad Əzizli son zamanlar inamlı çıxışı ilə seçilir. “Rəvan”ın “1 nömrə”si olan Əzizli hər oyunda meydana çıxır.
Müdafiə xəttində də vəziyyət ürəkaçan deyil. U-21-in kapitanı Azər Salahlı meydana çıxmır. Digər cinahda çıxış edən Məqsəd İsayev zədəlidi. Mərkəz müdafiəçilərinə gəldikdə, “Neftçi”nin digər üzvü Rahil Məmmədov da gününü ehtiyat oyunçular skamyasında keçirir. Halbuki qışa qədər gənc müdafiəçi özünü pis tərəfdən göstərmirdi. Üstəlik, Əsgər Abdullayevin start heyətində şans verdiyi Melli-Jairo tandemi son oyunlarda səhvlərlə yadda qalırlar. Xüsusən son turda “Zirə”dən alınan böyükhesablı yenilgidən sonra Əsgər Abdullayevin müdafiə xəttində dəyişiklik edəcəyi, Rahil Məmmədova şans verəcəyi gözlənilirdi. Lakin Abdullayev Lənkəran səfərində də əcnəbi müdafiəçilərə şans verdi və yekunda “Neftçi” yenə qapısında 3 qol gördü. “Neftçi”dən U-21-ə dəvət alan digər mərkəz müdafiəçisi Elvin Bədəlov son görüşlərdə meydana çıxsa da, zəif təsir bağışlayır. Həm də Vahabzadə Bədəlova bir müddətdir heç dəvət göndərmir. “Zirə”dən U-21-ə dəvət alan mərkəz müdafiəçiləri ilə bağlı vəziyyət fərqlidi. Belə ki, Adil Şükürov həm Sadiq Quliyevə, həm də Adil Nağıyevə mütəmadi olaraq oynamaq imkanı yaradır. “Kəpəz”in mərkəz müdafiəçisi Azad Kərimov nadir hallarda meydana çıxdığı halda, Tural Hümbətov AZAL-da daim forma geymək şansı qazanır.
Yarımmüdafiə xəttindəki durumu ideal adlandırmaq olmaz. Vüqar Mustafayev “Zirə”də tez-tez meydana çıxır. Budaq Nəsirov və Namiq Ələskərov “Kəpəz”in, Kamal Mirzəyev AZAL-ın, Elvin Camalov isə “Qəbələ”nin əsas heyət üzvü hesab olunur. Yeganə mənfi məqam sonuncunun 2 gün əvvəl “Zirə” ilə kubok oyununda zədələnməsidi. Bu futbolçular kimi Fuad Bayramov və Abbas Hüseynov da “İnter”in heyətində tez-tez meydanda görünür. Əvəzində Kamran Abdullazadə qışdan sonra oyun pratikasının yoxluğundan əziyyət çəkir.
Millimizin əsas problemi hücum xətti ilə bağlıdı. U-21 bu gün faktiki hücumçusuz qalıb. Yığmanın əsas ümidlərindən olan Elnur Cəfərov klubsuzdu. Orxan Əliyev qışda “Kəpəz”ə keçsə də, hələ ki meydana çıxmır. Kerem Behnke 3 aydı zədədən əziyyət çəkir və fərdi məşqlərə təzə başlayıb. Almaniyada forma geyən digər milli üzvü Taşkın İlterin də mütəmadi oynadığını söyləmək çətindi. Əvəzində məşqçilər korpusunun “Antalya Cup”da hücumçu kimi sınadığı Ruslan Nəsirli AZAL-da forma şansı qazanır. Lakin klubunda Nəsirli fərqli mövqedə çıxış edir.
Göründüyü kimi, vacib oyunöncəsi U-21 problemlərlə üz-üzədi. Yaşar Vahabzadənin heyətlə bağlı ciddi çətinlikləri var. Dildə “hər birimiz Azərbaycan futbolu, milli üçün çalışırıq” deyən məşqçilərin bəziləri bu gün yalnız öz mənafeyini düşünür. Yığma elələrinin vecinə deyil. Sabah uğursuz nəticə olacağı halda isə əksəriyyət U-21-i də, məşqçilər korpusuna da tənqid atəşinə tutacaq...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
13.11.2026
12.11.2026
11.11.2026
























