Ölkə futbolu
İdman Araşdırmalar Mərkəzi "İlin qalibləri-2015" layihəsinin icrasına başladı
İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 3-cü dəfə "İlin qalibləri" layihəsini həyata keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, "Kolizey İnşaat"ın baş sponsorluğu, "Report" agentliyinin və Sportnet.az portalının informasiya dəstəyi ilə icrasına başlanılan layihə yenə 3 mərhələdən ibarət olacaq.
Birinci mərhələ - 2015-ci ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin idman jurnalistləri arasında sorğu aparılacaq. Sorğuda 8 nominasiya üzrə qalibləri seçmək imkanı yaradılacaq:
1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (bütün kollektiv yarışlar üzrə);
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə);
7. İlin mətbuat katibi;
8. İlin idman jurnalisti;
Ötən il olduğu kimi, bu dəfə də İAM-ın Ekspert Qrupu tərəfindən nominasiyaların ilk 6-sı üzrə konkret namizədlər təklif olunacaq. Eyni zamanda, respondentlərə öz namizədini göstərmək imkanı yaradılacaq. Amma əvvəlki illərdən fərqli olaraq, bu dəfə "İlin əcnəbi idmançısı", "İlin baş məşqçisi" və "İlin mətbuat katibi" nominasiyalarında respondentlər futbol və digər idman növləri üzrə 2 şəxsin, "İlin komandası" nominasiyasında isə eyni qayda ilə 2 komandanın adını göstərəcəklər. Bu addım digər növləri təmsil edənlərin əməyinin daha populyar olan futbol sahəsindəkilərin kölgəsində qalmaması üçün atılıb. Respondentlər qalan nominasiyalar üzrə bir nəfərə səs verə və ya daha layiqli saydığı namizədini göstərə bilər.
İkinci mərhələ - sorğu yekunlaşdıqdan sonra İAM-ın Ekspert Qrupu verilən səslərə əsasən, qalibləri müəyyənləşdirəcək.
Üçüncü mərhələ - Qaliblər KİV-lərin və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
İAM-ın Ekspert Komissiyasının təklif etdiyi namizədlər aşağıdakılardır (namizədlər siyahısı əlifba sırası ilə göstərilib):
I nominasiya - İlin idman xadimi
1. Azad Rəhimov - Gənclər və idman naziri ("Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru kimi Oyunların yüksək səviyyədə keçirilməsini təmin etdiyi üçün)
2. Fazil Məmmədov - Azərbaycan Güləş Federasiyasının, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (Azərbaycan güləşçiləri "Bakı 2015" I Avropa Oyunlarında (15 medal) və nüfuzlu yarışlarda digər növlərə nəzərən daha çox medal qazandıqları üçün, eləcə də "Tour d Azerbaidjan" veloyürüşü yüksək səviyyədə təşkil edilərək keçirildiyi üçün)
3. Kəmaləddin Heydərov - Azərbaycan Taekvondo Federasiyasının və Azərbaycan Boks Federasiyasının prezidenti, hər iki növ üzrə Azərbaycan idmançıları ümumi komanda hesabında birinci yeri tutduqları üçün)
4. Sadıq Sadıqov - "Neftçi" “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün)
5. Tahir Gözəl - "Qarabağ" futbol klubunun prezidenti ("Qarabağ" Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi olduğu, eləcə də ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün)
6. Digər (namizədin adı və soyadı)
II nominasiya - İlin idmançısı
1. Boyanka Kostova (ağırlıqqaldıran, dünya çempionu)
2. Elşad Ələsgərov (kikboksçu, Avropa və dünya çempionatlarının qalibi)
3. Elvin Məmişzadə (boksçu, "Bakı 2015" I Avropa Oyunlarının və dünya çempionatının qalibi)
4. Hacı Əliyev (sərbəst güləşçi, "Bakı 2015" I Avropa Oyunlarının, dünya çempionatının və Qızıl Qran Prinin final mərhələsinin qalibi)
5. İlham Zəkiyev (paralimpiyaçı cüdoçu, "Bakı 2015" I Avropa Oyunlarının və Avropa çempionatının qalibi)
6. İnna Osipenko-Radomskaya (kayakçı, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 2 lisenziya qazanan yeganə idmançı)
7. Mariya Stadnik (qadın güləşçi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionatının finalçısı)
8. Oleq Stepko (idman gimnastı, "Bakı 2015" I Avropa Oyunlarında 5 medalın, dünya çempionatında bürünc medal və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi)
9. Radik İsayev (taekvondoçu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, dünya çempionu, Avropa vitse-çempionu)
10. Rafael Ağayev (karateçi, "Bakı 2015" I Avropa Oyunlarının və Avropa çempionatının qalibi)
11. Rəsul Çunayev (yunan-Roma güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu)
12. Digər (namizədin ad və soyadı)
III nominasiya - İlin yerli futbolçusu
1. Arif Daşdəmirov - "Qəbələ"nin və Azərbaycan millisinin üzvü ("Qəbələ" ilə tarixdə ilk dəfə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və Avropa Liqasına vəsiqənin sahibi olduğu, eləcə də millidə müntəzəm çıxış etdiyi üçün)
2. Bədavi Hüseynov - "Qarabağ"ın və Azərbaycan millisinin üzvü (Klubla Azərbaycan çempionluğu və ölkə kubokunu qazandığı, millidə sabit çıxış etdiyi üçün)
3. Dmitri Nazarov - Almaniya "Karlsrue"si və Azərbaycan milli komandasının üzvü (Məhsuldar çıxışı ilə AVRO-2016-nın seçmə qrup mərhələsində millinin bombardiri olduğu üçün)
4. Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)
5. Rəşad Sadıqov - "Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı (Klubla Azərbaycan çempionu və ölkə kubokunu qazandığı, millidə 100-cü beynəlxalq oyununu keçirdiyi üçün)
6. Digər (namizədin adı və soyadı)
IV nominasiya - İlin əcnəbi idmançısı
1. Ansi Aqolli - "Qarabağ" futbol komandasının albaniyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı roluna görə və Azərbaycan futbolu tarixində ilk dəfə yığmanın heyətində Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün)
2. Paulo Luis Hilario Dodo - "Qəbələ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasında bürünc medal, Avropa Liqasında isə qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)
3. Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)
4. Veselin Topalov - "SOCAR Azerbaijan" şahmat komandasının bolqar oyunçusu (Avropa Kubokunda ilk 2 lövhədəki çıxışı ilə gümüş medal qazanmalarındakı xüsusi roluna görə)
5. Digər (namizədin ad və soyadı)
V nominasiya - İlin komandası (bütün kollektiv yarışlar üzrə)
1. İdman gimnastikası üzrə kişilərdən ibarət komanda ("Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazandığı üçün)
2. "Qarabağ" futbol komandası (Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi olduğu, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün)
3. "Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün)
4. "SOCAR Azerbaijan" (Klublararası Avropa Kubokunda gümüş medal qazandığı üçün)
5. Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)
6. Digər (namizədin adı)
VI nominasiya - İlin baş məşqçisi (bütün idman növləri üzrə)
1. Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)
2. Reza Mehmandust (taekvondo üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərdiyi üçün)
3. Qurban Qurbanov ("Qarabağ"a çempionluq və ölkə kubokunu, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı üçün)
4. Robert Prosineçki (futbol üzrə Azərbaycan millisinin oyununda və göstərdiyi nəticələrdə əsaslı dönüş etdiyi üçün)
5. Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün)
6. Pedro Rok (boks üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)
7. Digər (namizədin ad və soyadı)
VII nominasiya - İlin mətbuat katibi (hər sahə üzrə 1 nəfər)
1. Futbol sahəsi üzrə (AFFA, PFL və klublar)
2. Digər idman növləri üzrə (Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, digər federasiyalar)
VIII nominasiya - İlin idman jurnalisti
Qeyd edək ki, ilk layihə 2013-cü il dekabrın 18-də həyata keçirilib. 34 KİV-in qatıldığı həmin sorğu nəticəsində 7 nominasiya üzrə qaliblər “Qafqaz Baku City" otelində mükafatlandırılıb. Növbəti sorğuda 41 KİV-in müəyyənləşdirdiyi 8 nominasiya üzrə qaliblər 2014-cü il dekabrın 24-də "Demirchi Tower"də təltif olunublar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
09:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:55
Qurban Qurbanov: “Bu, bizim üçün vacib qələbə idi”
-
22:11
Azər Bağırov: “Birinci hissədə uşaqlarda həyəcan var idi”
-
21:39
Bəhlul 6 aydan sonra meydana qayıtdı
-
21:24
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
-
18:00
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
18.08.2026
17.08.2026
16.08.2026
























